Mal əti dedikdə inək, öküz, dana – bir sözlə iri buynuzlu mal-qaranın əti nəzərdə tutulur.
Mal ətinin keyfiyyəti onun qəbul etdiyi qidalardan və onun yaşından asılı olur. Ətin saxlanılması və saxlama müddəti də onun keyfiyyətinə birbaşa təsir göstərir.
Mal əti keyfiyyətinə görə 3 hissəyə ayrılır. Onun əla dadan hissəsi bel və qabırğa hissəsidir. İkinci əsas hissə ön və arxa ayaqlar hesab edilir. Buranın əti yumşaq olur. Mal ətinin üçünci hissəsi isə yerdə qalan digər həssələrdə olan ətləridir.
Keyfiyyətli mal ətinin rəngi tünd qırmızı rəngdə olur. Ondan xüsusi qoxu – ət iyi gəlir. Təzə ət parlaq və üstündə krem ağı rəngdə piy qatı olmalıdır. Onu kəsərkən isə zəif sərtlik hiss edilməlidir. Yaşı heyvanın əti tünd rəngdə olur və onun piy qatının üzərini zəif dəri təbəqəsi örtür. Təzə ət bərk olur və gec bişir.
100 qram mal ətinin qida dəyəri:
– Zülallar – 17 qr
– Yağlar – 17,4 qr
– Su – 65 qr
– Kalori – 150-180 kKal.
Mal ətinində çoxlu miqdara A, E, C, B6, B12, PP,B2, B1 vitaminləri və çoxlu mikroelementlər var. Onun tərkibi natrium, kalium, maqnium, fosfor, dəmir, sink, kolbat və s. mineral duzları ilə zəngindir.
Mal ətinin tərkibi insan orqanizminin qidalanması üçün lazım olan maddələrlə zəngindir. Onu bişirən zaman tərkibində olan suyun, zülalın və yağların miqdarı azalır. Malın qaraciyərində isə dəmirin miqdarı çoxdur.
Mal ətinin tərkibinddə olan B12 vitamini orqanizm tərəfindən asan sorulur. Bu səbəbdən də anemiyada və qan azlığı zamanı mal əti yemək tövsiyə edilir.
Britaniya həkimləri dəmir defisit anemiya xəstəliyindən əziyyət çəkənlərə gün ərzində 200 qram mal əti yeməyi tövsiyə edir.
İnfarkt və böyrək daşı xəstəliyinin profilaktikası məqsədilə isə insanlara malın qara ciyərini yemək töpvsiyə olunur.
Mal ətinin zərərli xüsusiyyətləri:
Mal ətinin tərkibində olan purin orqanizmdə sidik turşusunun artmasına səbəb ola bilir. Ətdən çox istifadə eləmək podaqranın, osteoxondrozun və müxtəlif bu kimi xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Mal ətini bişirərkən onun suyunu dəyişmək lazımdır. Bu heyvanın ətində olan zərərli maddələrin insan orqanizminə daxil olmasının qarşısını alır.
Orqanik.az