Göy soğanın faydaları

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ gəlir. Bu zaman əkilmiş soğan toxularını çox yetişib baş soğana çıxarılmasına yol verilmir. Göy soğanın yarpaqları 40 santimetrə qədər uzandıqda ondan istifadə edilir. Bu soğan boru şəkilli göyərti olub bir çox yeməklərdə və salatlarda istifadə edilir. Salatlarda soğanın dadı əvəzolunmaz olur. Göy soğandan ilk dəfə Aralıq dənizi sahillərində istifadə edilmişdir. Amma, antik Yunan və Roma ədəbiyyatında göy soğan barədə məlumatlara da rast gəlinib. Göy soğandan Qafqaz öklələrində də geniş istifadə edilir. Azərbaycan mətbəxində də müxtəlif salatların hazırlanmasında və yeməklərin dekorasiyası zamanı göy soğandan istifadə edilir.
Göy soğanın bir-neçə növü daha dadlı olduğu üçün mətbəxlərdə bu növlərə üstünlük vürilir. Bu soğanın Merkuri və Bolqar növləridir ki, onların uzunluğu 20 sm, qabıqları isə zərif olur. Bu növə məxsus göy soğanlar soyuq havaya davamlı olurlar. Göy soğanın tərkibi kalium, kalsium, dəmir,fosfor, maqniumla zəngindir. Onun efir yağlarının tərkibində kükürd, zülallı maddələr, askorbin və nikotin turşusu, tiamin, riboflavin, karotin var. Göy soğanın ən üstün cəhətlərindən biri onu saxlayan zaman tərkibində olan vitamin və mineralların miqdarının artmasındadır. Göy soğanın orqanizm üçün faydalı olması barədə qədim zamanlarda da insanların məlumatı olub və bundan istifadə ediblər. Bu tərəvəz podaqra, revmatizm, sinqa, sidik daşı xəstəliyi zamanı, piylənmədə, psixi və fiziki yorğunluq zamanı çox faydalıdır. Bu tərəvəz həzm sistemin orqanlarının ferment ifrazını sürətləndirməklə həzmi yaxşılaşdırır, öd və sidik ifrazının sürətləndirir. Aparılan araşdırmalar göy soğanın maddələr mübdələsini yaxşılaşdırdığını, iştahanı artırdığını, antisklerotik təsirə malik olmasını sübut edib. Podaqra, revmatizma, atereskleroz xəstələrinə və piylənmədən əziyyət çəkənlərə daima qida rasionunda göy soğandan istifadə etmələri məsləhət bilinir.
Kulinariyada göy soğandan şorbaların, pürenin, sousların, ətlərin, salatların hazırlanması zamanı geniş istifadə edilir. Onu xırda doğrayıb yumurta ilə qarışdıraraq bişirdikdə isə çox dadlı olur. Göy soğan zərif dad və xüsusi qoxuya malikdir. Yeməklərdə onun torpaqda qalan ağ hissəsindən, salatlarda isə yaşıl hissəsindən istifadə edilir. Göy soğandan soyuq qəlyanaltı kimi istifadə edilməklə yanaşı, ət yeməklərinin yanında qarnir kimi də istifadə edilir.Onun yaşıl yarpaqları yetişmə dövrünü uzun müddət sürərsə qabıqları sərtləşir və xoşagəlməz dada malik olur. Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı göy soğan yemək məsləhət görülmür. Xalq təbatətində göy soğanın şirəsindən oksalat daşlarının tökülməsində istifadə edilsə də mədə-bağırsaq xəstələri buna diqqətlə yanaşmalıdırlar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.