Barmaqları şaqqıldatmaq təhlükəlidirmi?

Çoxları gün ərzində azı 10 dəfə barmaqlarını “qırır” şaqqıldadır. Bir çoxunuz üçün bu artıq vərdişə çevrilib.

Bakupost.az xəbər verir ki, həkimlər bu vərdişin oynaqlara zərərini açıqlayıb.

Onlar bildirib ki, insan əsəbi, gərgin olduqda instinktiv olaraq əllərini nə iləsə məşğul etmək istəyir, bu ona rahatlıq gətirir. Sinir gərginliyi zamanı əllərlə saçlar dolaşdırılır, düymə oynadılır, karandaş, qələm fırladılır. Eləcə də barmaqları qırmaq stres vəziyyətində sanki gərginliyi atmağa yardım edir.
Sonradan bu xoşagələn vərdişə çevrilir.

Şaqqıltı səsi hardan gəlir?

Bu barədə yekdil fikir yoxdur. İki əsas versiya var: barmaq falanqalarının dartılması nəticəsində oynaqlarda əks təzyiq yaranır, bu zaman ora dolan azot qabarcıqları partlayaraq möhkəm səs verir. Bu qabarcıqlar oynaqları yağlayan sinovial mayenin tərkibidir.

Ona görə bir dəfə şaqqıldatdıqdan sonra ikincisi alınmır, çünki yeni qabarcıqların yaranması üçün müəyyən zaman lazımdır.

İkinci versiyaya görə, oynaq daxili bağların qəfil sıxılıb dartılıb buraxılması nəticəsində yaranır.

Bu vaxta qədər bu vərdişin bədənə, oynaqlara zərərli olması barədə nəticələr yox idi. Amma 2021-ci ildə Amerika alimləri barmaqları qırmağın artritə səbəb olacağını bildirib.

Amerikalı həkim Donald Unqer isə öz üzərində eksperiment də aparıb.

50 il ərzində gündə 1-2 dəfə barmaqlarını şaqqıldadan həkim həmişə sol əlində bunu etsə də, sağ əlinə toxunmurdu.

50 il sonra rentgen müayinəsi hər iki əldə oynaqların bir-birindən heç nə ilə fərqlənmədiyini göstərib.

Buna baxmayaraq, barmaq falanqalarını zərblə, energetik, möhkəm və tez-tez qırmaq olmaz

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.