İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici müalicəsi mümkündür

Xroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur və burden çox xəstəliklər qaynaqlanır. İnsan getdikcə özünü pis hiss edir, həkimlərə gedir, hər həkim özünə uyğun müayinələr təyin edir, özünə uyğun diaqnoz qoyur və müalicə yazır.

Orqanik.az xəbər verir ki, bu simptomların kökündə isə xroniki yorğunluq dayanır. İnsan özü bunu bilir, amma yorğunluğu xəstəlik kimi qəbul etməyərək, xroniki yorğunluğun müalicə oluna biləcəyini düşünmür.

Xroniki yorğunluq sindromunun əlamətləri:

-Həyat aktivliyinin azalması

-Mialgiya, yorğunluq

-Yaddaş pozulması, huşun dumanlanması

-Boğaz ağrısı, ağrılı limfa düyünləri, qripəbənzər simptomlar

-Səbəbsiz ağrılar – oynaq, sümük, əzələ və sinirlərdə

-Yuxu pozulmaları: gündüz yuxulama, gecə çətin yuxuya getmək

-6 aydan çox davam edən fiziki və psixi-emosional gərginlik

-Mədə-bağırsaq pozulmaları

–      Ürək ritminin pozulması, ürəkdə sancmalar

–      Seksual istəyin azalması

Xroniki yorğunluq bəzən kəskin virus infeksiyalarından, orqanizmin bacterial ağırlaşmasından, keçirilən ağır xəstəliklərdən sonra da yaranır.

XYS-nın inkişafına təkan verən faktorlar çoxdur, klinikası tam aydın deyil, bura genetik və epigenetik amillər, davamlı stress, uşaqlıq dövründə travma, infeksiya, immune və avtonom sinir sisteminin disbalansı, həddən artıq məşq, idman, bağırsaq mikromühitinin dəyişməsi də aiddir.

Ənənəvi tibb bu sindromun müalicəsi üçün antidepressantlar, iltihabəleyhinə preparatlar, antibiotiklər, ağrıkəsicilər, sedativ dərmanlar, stimulyatorlar təyin edir ki, bu da 10% pasiyentdə xəstəlikdən əvvəlki funksional səviyyəni bərpa edir.  Bu müalicənin əsasında səbəbin deyil, simptomların müalicəsi durur. Bir neçə simptoma təsir edən ənənəvi dərmanlar sinergik təsir etmir və bir-birini tamamlamır.

Xroniki yorğunluq sindromuna biotənzimləyici yanaşmada təkmilləşdirilmiş terapiyaya ehtiyac nəzərə alınır.

Bu sindrom zamanı orqanizmdə əsas şəbəkə pozulmalarının bərpası:

-Psixo-neyro-endokrin-immun şəbəkələrdəki dinsfunksiyanın korreksiyası

-Pozulmuş sinir şəbəkəsinin müalicəsi

-Qaraciyərin toksiki maddələrlə yüklənməsinin tənzimlənməsi

-Enerji istehsalı şəbəkəsinin bərpası

-Selikli qişa və bağırsaq mikroflorasının baryer funksiyasının bərpası

-Hüceyrə  mikromühitinin dəstəklənməsi

Biotənzimləyici preparatlarla müalicə kompleks olur, yaxşı dözümlülük nümayiş etdirir, yalnız simptomları deyil, xəstəliyin əsasında duran pozulmuş şəbəkələri müalicə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.