Qız uşaqlarının qulağının 5 yaşından tez deşilməsi TƏHLÜKƏLİDİR

Bəzən valideynlər yeni doğulan qız uşaqlarının qulağına sırğa taxmaq üçün körpəlikdən iynə və qulaqdeşən tapança ilə sırğanın yerini açaraq yara sağalana kimi sap və ya sırğa taxırlar.

Lakin təəssüf ki, onlar erkən yaşda qulaqdeşmənin uşaqların səhhətində fəsadlar yarada biləcəyini nəzərə almırlar.

Həkim-pediatr Günay Rəsulova dediyinə görə, bunun üçün düzgün yaş dövrünü gözləmək lazımdır: “Ən azı 5 yaşınadək uşaqlarda belə hərəkətlərə yol vermək həm körpə üçün travma, həm də qulaqda yerli infeksiyalaşma riskini artırır.

Bundan başqa sırğaların körpələr tərəfindən çıxarılıb yeyilməsi, udulması, boğulması və başqa təhlükəli hadisələr qeydə alınır. Qulaq deşilməsi prosesi yalnız xəstəxana şəraitində və bütün sterilliyə riayət olunmaqla aparılmalıdır.

Bundan başqa körpələrin qulağına taxılan sırğaların dartılıb qulağı zədələmə ehtimalını nəzərə alaraq onun ölçüsünə də fikir vermək lazımdır”.

Həkim-pediatr qeyd edib ki, taxılan aksesuarların materialları da körpələrdə allergik reaksiyalar yarada bilər: “Qulaq deşdirən zaman sinirlərin zədələnməməsinə çalışmaq lazımdır. Əsasən gözəllik salonlarında aparılan həmin proses mütləq həkim nəzarəti ilə edilməlidir.

Valideyn özü iynə ilə evdə uşağın qulağını deşmək istəyəndə qanaxmaya yol verə bilər, yaxud infeksiyalaşma nəticəsində qulaq yarasına və ya dəri xəstəliyi yaranmasına səbəb olması mümkündür”.

Nəzərə almaq lazımdır ki, körpələrin qulaqlarındakı yumşaq toxumanı deşərək sırğa taxmaq uşağın gələcəkdə qulaq formasının dəyişməsinə də aparıb çıxara bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.