Qışda orqanizmdə D vitamini kəskin düşür.
Nutrisoloq Yelena Voskresenksaya D vitamin çatışmazlığını aradan qaldırmaq üçün dərmansız yüksəltməyin yollarını açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadla xəbər verir ki, D vitamini sümüklərin əriməsi və xərçəngə qarşı ən vacib vitamindir.
“Orqanizmdə 90% D vitamini ultrabənövşəyi şüalardan yaranır. Ona görə də mart ayından günün hansı saatında günəş işığı və istiliyi varsa, dərhal qısa qol və boynu açıq geyimdə 20 dəqiqə gün altında gəzişmək, əyləşmək lazımdır.
Ultrabənövşəyi şüaları ərzaqlar, tərəvəzlər və heyvanlar da mənimsəyir. Ona görə biz bu vitamini bəzi qidalardan da ala bilərik.
Ən çox D vitamini yağlı, dəniz okean balıqlarında – qızılbalıq, losos, seled, skumbriya, sardina, treska qaraciyəri, kürü, krevet və s. -dədir.
Meşədə gün altında yetişən meşə giləmeyvələri və göbələyi də D mənbəyidir.
Supermarketdə satılan göbələklərdə bu vitamin yoxdur.
Eləcə də yumurta, qaraciyər, kərə yağı, keçi südü, yaxşı pendir, kəsmik əla mənbədir. Bu qidaları gün ərzində daha çox yeyin”- deyə həkim bildirib.
Orqanik.az