Hər gün minlərlə insan trombun ürək damarını tutması səbəbindən həyatını itirir.
“Medicina” xəbər verir ki, dietoloq Nona Ozarenskaya tormb riski yaradan 9 yayılmış faktoru açıqlayıb.
“Yaşlanma, piylənmə, valideyn, nənə babada tromboz olması, ürək xəstəliyi, onkologiya, diabet, hamiləlik, doğuş, hormonal müalicə, yataq rejimi, əməliyyat – tromb riskini dəfələrlə yüksəldir.
Hamiləlik əleyhinə dərmanlar qanı laxtalandırır, onları qəbul edənlər müntəzəm qan analizi verməlidir. Eləcə də istənilən əməliyyatdan sonra xəstələrin hərəkətsiz və yataq rejimində olması tromb əmələ gəlməsinə şərait yaradır”.
Orqanik.az