Bilirik ki, yüksək şəkərli qidalar, xüsusilə də rafinə olunmuş şəkərdən istifadə etməklə hazırlanan reseptlər həqiqətən sağlam seçim deyil. Amma biz hər zaman evdə ən faydalı ləzzətləri hazırlaya bilmirik və ya özümüz də fərqinə varmadan sağlam olaraq istehlak etdiyimiz bir çox qidadan çoxlu şəkər alırıq. Bu, bizə qan şəkərinin qəfil artması kimi problemlər gətirir və diabet riskini artırır.
Bəzi qidalar var ki, onların tərkibində yüksək şəkər olduğundan xəbərsizik. Evdar.az nə qədər faydalı olsa da tərkibindəki şəkər miqdarıyla sizi məyus edəcək 14 qida haqqında məlumatı təqdim edir.
İÇİNDƏKİLƏR
- 1 Armud – 10 qram şəkər
- 2 Alma – 10 qram şəkər
- 3 Banan – 12 qram şəkər
- 4 Nar – 14 qram şəkər
- 5 Qara üzüm – 16 qram şəkər
- 6 Əncir – 16 qram şəkər
- 7 Ərik – 9 qram
- 8 Şaftalı – 13 qram
- 9 Qurudulmuş əncir – 48 qram şəkər
- 10 Qarpız – 10 qram
- 11 Yerkökü – 5 qram şəkər
- 12 Üzüm qurusu (Kişmiş) – 59 qram şəkər
- 13 Bir kasa az yağlı qatıq – 47 qram şəkər
- 14 Çiyələk – 5 qram
Armud – 10 qram şəkər
100 qram armudda 10 qram şəkər var.
Alma – 10 qram şəkər
Armudda olduğu kimi alma da eynidir. 100 qram almada 10 qram şəkər var. Təbii ki, növündən fərqli olaraq dəyişə bilər, amma ümumi təxminən 10 qram olduğu deyilir.
Banan – 12 qram şəkər
Banan, alma və armudu bir az da üstələyir və 100 qramında 12 qram şəkər var.
Nar – 14 qram şəkər
Nar bütün turşluğunun arxasında gizlətdiyi şəkər var. Narın cəmi 100 qramında 14 qram şəkər var.
Qara üzüm – 16 qram şəkər
100 qram təzə qara üzümdə həmin ləzzətli dada səbəb olan 16 qram şəkər var.
Əncir – 16 qram şəkər
Üzüm kimi, 100 qram təzə əncirdə də 16 qram şəkər var.
Ərik – 9 qram
100 qram ərikdə təxminən 9 qram şəkər var ki, bu da qurudulmuş və təzə tərkibləri ilə ümumiyyətlə pəhriz menyularında olur.
Şaftalı – 13 qram
Yayda əldən düşməyən meyvə olan şaftalı, tərkibindəki şəkərin miqdarı ilə heç də məyus etmir. 150 qramlıq şaftalıda 13 qram şəkər var ki, bu da orta hesabla 1 şaftalıya bərabərdir.
Qurudulmuş əncir – 48 qram şəkər
Qurudulmuş meyvələrə gəlincə, qurutma üsulundan asılı olaraq dəyişsə də, şəkər nisbəti bir qədər yüksəlir. 100 qram quru əncirdə şəkər normasının 48 qrama qədər olması bunu təsdiqləyir.
Qarpız – 10 qram
Bir boşqab qarpızda, yəni təxminən 150 qr qarpızda 10 qram şəkər var. Bu səbəbdən yayda bolca deyil, müntəzəm olaraq istehlak edilməsi daha vacib hesab edilir.
Yerkökü – 5 qram şəkər
Yerkökü sadaladığımız digər qidalardan daha az şəkər ehtiva edir, bu doğrudur. Onu da deyək ki, 100 qramında 5 qram şəkər olan yerkökünün biri orta hesabla 60 qramdır.
Üzüm qurusu (Kişmiş) – 59 qram şəkər
Kişmişdə vəziyyət əncirdən də ağırdır. Çünki kişmişdə şəkərin miqdarı 100 qramda 59 qrama qədər çıxa bilir.
Bir kasa az yağlı qatıq – 47 qram şəkər
Əslində, bazarda satılan az yağlı qatıqların çoxunda çoxlu şəkər var. Bir stəkan və ya təxminən 245 qram qatıqda 47 qrama qədər şəkər var ki, bu da gündəlik tələbatınızdan xeyli çoxdur.
Bu səbəblə ən təbii qatığı özünüz hazırlamalısınız və ya az yağlı yox, normal və təbii qatıqlar almalısınız.
Çiyələk – 5 qram
Ən çox sevdiyimiz meyvələrdən biri olan 100 qram çiyələyi yediyiniz zaman bədəninizə təxminən 5 qram şəkər düşür. Bəli, bir çox digər meyvələrdən bir qədər az görünə bilər, amma diqqətli olun.
Bir sözlə, həddi aşmayın, yediyiniz meyvə-tərəvəz olsa belə, unutmayın ki, sağlamlığınızdan vacib heç nə yoxdur.
Kiçik bir qeyd: Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, orqanizmin gündəlik ehtiyac duyduğu şəkərin miqdarı təxminən 25 qramdır. Bu nisbət qadınlar üçün 20 qrama qədər düşə bilsə də, kişilər üçün 35 qrama qədər çıxa bilər. Təbii ki, bu ehtiyac yaşayış şəraitindən tutmuş peşənizə qədər bir çox fərqli amillərlə müəyyən edilir. Buna görə də sizə lazım olan şəkərin miqdarını bilmək istəyirsinizsə, həkiminizlə məsləhətləşməlisiniz.
Ömrünüz Uzun və Sağlam Olsun! 🙂