Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir?

Ayaqlarda üşümək hissi diabet və vegetativ disfunksiyanın səbəbi ola bilər.

Bu barədə “ura.ru”ya müsahibəsində Hemotest laboratoriyasının nevroloqu, tibb elmləri namizədi Yekaterina Demyanovskaya danışıb.

“Ayaqlarda soyuqluq hiss etmək müxtəlif səbəblərdən yarana bilər: dəmir çatışmazlığı anemiyası, ateroskleroz, şəkərli diabet, vegetativ disfunksiya, hiperhidroz, hipotiroidizm və qan təzyiqinin aşağı olması. Diaqnozu dəqiqləşdirmək üçün xəstə hərtərəfli müayinədən keçməlidir.

Bunun üçün ilk növbədə qan analizi vermək lazımdır. Hemoqlobin səviyyəsi aşağıdırsa, bu, dəmir çatışmazlığı anemiyasının bir əlaməti ola bilər. Bu vəziyyət vegetarianlar üçün xüsusilə təhlükəlidir, çünki onların pəhrizində dəmirlə zəngin ət yoxdur.

Sonra mümkün qan dövranı pozğunluqlarını müəyyən etmək üçün damarları yoxlamaq lazımdır. Bundan əlavə, qanda qlükoza səviyyəsini və pankreas funksiyası ilə əlaqəli göstəriciləri araşdırmağı tövsiyə edirəm. Məhz bu testlər insanlarda şəkərli diabeti təyin etməyə imkan verir”, – o, açıqlamasında qeyd edib..

Mütəxəssis əlavə edib ki, gənclikdə ayaqların mütəmadi olaraq donması vegetativ funksiyaların pozulması və ayaqların həddindən artıq tərləməsi ilə izah edilə bilər. Bu xəstəliklərdən şübhələnirsinizsə, cinsi hormonlar və tiroid hormonları ölçülməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.