Yaş artıqca məsamələr daha çox problem yaradır. Xüsusən burunda olan məsamələr düzgün müdaxilə edilmədiyi üçün daha çox genişlənir və tez-tez qaralır.
Orqanik.az Axşam.az-a istinadən burnun üstündəki məsamələri kiçildən bir neçə üsulu təqdim edir.
1) Gil maskası
Həftədə iki dəfə gil maskası tətbiq etsəniz, məsamələrin daraldığını və təmizləndiyini görə bilərsiniz.
2) Qəhvə
Bunun üçün bişməmiş qəhvəni bir az qaynar su ilə qarışdırın. Krem halına gələndə burnunuza çəkin və 10 dəqiqə gözləyin.
3) Qovun qabığı
Qovunun qabığını burnunuza masaj edərək çəkməyiniz kifayətdir.
4) Limon və soda
Bu iki inqridienti qarışdırıb dairəvi hərəkətlərlə burnunuza çəkin.
5) Aloe vera
Aloe veradan bir az götürüb burnunuza çəkin. 10 dəqiqə gözlədikdən sonra barmaq uclarınızla dairəvi hərəkətlərlə masaj edin.
Bu üsullar məsamələrin ölçüsünə təsir etməklə yanaşı qara nöqtələrin təmizləməsində də effektli olacaq.
Orqanik.az