Doğuşdan nə qədər müddət sonra pəhrizə başlamaq olar?

Bir çox xanım hamiləlik zamanı əldə etdiyi çəkidən xilas olmağın daha çətin olduğunu düşünür. Lakin ana südü arıqlamağı başladan ilk amildir. Bir qadın övladını ana südü ilə bəsləməsi zamanı orta hesabla 100-200 kalori atmış olur ki, bu da təxminən 30 dəqiqə gəzintiyə bərabərdir.

Orqanik.az Axşam.az-a istinadən doğuşdan sonra artıq çəkini düzgün zamanda və normada atmağın yollarını təqdim edir.

Ana südü ilə qidalanma dövrünün ilk 6 ayında pəhriz saxlamaq olmaz

Pəhriz üçün doğru zamanı bilmək vacibdir. Uşağa süd vermənin ilk 6 ayında çox ağır pəhriz saxlamaq olmaz. Lakim doğumdan sonra düzgün qidalanma ilə arıqlamağa başlaya bilərsiniz. Düzgün qidalanma nəinki çəki atmağınıza kömək olacaq, eyni zamanda südün miqdarını və keyfiyyətini artıracaqdır.

Bəs hansı pəhriz uyğundur?

Pəhrizdə olduğu kimi bu dönəmdə də bol su istehlak etmək lazımdır. Yetkin bir insan gündə 1,5-2 litr su içdiyi halda, süd verən ana üçün bu miqdarın 4 litrə qədər çıxması məsləhət görülür. 

Digər vacib məqam isə yeməkləri atlamamaqdır. Südvermə zamanı qanda şəkər tədricən azalır və bu ani aclıq hissinə səbəb olur. Bu anlarda beyniniz sizə tərkibində şəkər olan qidaları yeməyə sövq edir. Bunun qarşısını almaq üçün süd verməzdən əvvəl qəlyanaltı etmək lazımdır. Qəlyanaltıda süd, ayran, qatıq və ya meyvə qurusu, şirəsi istehlak edə bilərsiniz.

6 aylıq əmizdirmə dövrünü geridə qoyduqdan sonra daha nizamlı pəhrizə keçid edə bilərsiniz. Həftədə 500 q-dan 1 kq-a qədər çəki itkisi hədəfləyin. Seçdiyiniz proqrama düzgün riayət edərək hamiləlikdən öncəki çəkinizə qayıda bilərsiniz.

Ən çox buraxılan səhv

Bu, ana südünün artacağını düşünərək çox şəkərli qidalar istehlak etməkdir. Lakin bu, çəki artımından başqa heç bir nəticə vermir. Doğumdan bir neçə ay sonra dietoloqdan kömək alın. Bu həm sizin, həm də körpənin sağlamlığı üçün tövsiyə olunur.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.