Almaniyada son günlərdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin aparıcı tibb mütəxəssisləri məlumat veriblər.
Ötən həftə ilə müqayisədə xəstəxanaların yüklənmə səviyyəsi 50 faiz artıb. Hazırda Almaniyadakı tibb müəssisələrində təxminən 20 minə yaxın koronavirus xəstəsinin olduğu bildirilir. Yoluxmaların davamlı artması fonunda tibb müəssisələrinin ifrat artıq yüklənmə təhlükəsi var.
Orqanik.az