Herpetik ensefalit

Herpetik ensefalit sporadik kəskin ensefalitin tez-tez təsadf edən və ağır formasıdır. Bütüb il ərzində dünyanın bütün ölkələrində təsadüf olunur. Bu xəstəlik bütüb yaş qrupundan olan xəstələrə aiddir. Əksər hallarda isə 40 yaşından yuxarı olan şəxslər xəstələnir.
Herpetik ensefalitin törədicisi sadə herpes virusudur. Bu virus həm də ağız boşluğunun selikli qişasını zədələyir. Sadə herpes virusu geniş yayılmış xəstəlikdir. Yaşlı adamların qanında ona qarşı anticisim aşkar edilir. Virus latent vəziyyətdə başlıca olaraq hissiyyat düyünlərinin neyronlarında qalaraq insan orqanizmində uzun müddət persistə edə (gizli qala )bilir, müəyyən şərait yarandıqda isə fəallşmağa başlayır. Herpetik ensefalit kəskin nekrozlaşan asimmetrik hemorrogik proses olub limfositar və plazmositar infiitirasiya ilə müşahidə edilir. Patoloji proses əsasən gicgah payının medial və alın payının aşağı hissələrini əhatə edir. Xəstələrdə boyun əzələlərinin gərginliyi qeyd olunur. Xəstəliyin erkən mərhələsində ümumi epileptik tutmaların və gicgah payının zədələnməsini göstərən əlamətlər meydana çıxır. Bu əlamətlərərə iybilmə və dadbilmə hallüsiyasiyaları, anosmiya, mürəkkəb parsial tutmalar, davranış və yaddaş pozğunluqları, afaziya, hemiparez kimi əlamətlər aiddir. Xəstəlik çox surətlə inkişaf edir  sonra isə komaya qədər gəlib çıxarır.
Xəstəliyin gedişi çox ağırdır. Beyində sürətlə inkişaf edən ödem xəstəliyin ilk 24-72 saat ərzində dərin komaya və tənəffüsün dayanması nəticəsində ölümə səbəb olur. Müalicə aparılmadıqda 70% hallarda ölüm baş berir.
Diaqnostikası:  Diaqnoz seroloji reaksiyalar və immunflüoressensiya edən anticisimlər üsulu ilə təsdiq olunur. KT müayinəsi də beyin maddəsində olan patologiyaları aşkar edir.
Müalicəsi:  Herpetik ensefalitin müalicəsində əsas dərman preparatı asiklovirdir. Dərman müalicəsi həkimin nəzarəti altında xüsusi dozalarda təyin edilir. Epileptik bayılmalar olduqda isə qıcolmaya qarşı preparatlardan istifadə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.