Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. Əzələ distrofiyasının bir-neçə növü vardır. Ən çox yayılan forması isə uşaqlar arasında rast gəlinən əzələ distrofiyasıdır. Xəstəlik ən çox oğlan uşaqları arasında rast gəlinir, qız uşaqları xəstəliyin daşıyıcıları olur. Əzələ distrofiyası genetik və ailəvi xarakter daşıyır.
Əzələ distrofiyası zamanı xəstələr sərbəst gəzə, udquna və rahat nəfəs ala bilmir. Xəstəliyin əlamətlərinə aşağıdakılar aiddir:
* tez-tez yıxılmalar
* oturaq vəziyyətdən çətinliklə ayağa qalxmaq
* qaçdıqda və tullandıqda çətinlik çəkmək
* qaz yerişi yerimək
* əzələlərdə ağrı
* zehni gerilik.
Xəstəlik tədricən ikişaf edir, əlamətlər ən çox yeniyetmə dövrdə meydana çıxır, 20 il və daha artıq müddət davam edə bilir.
Xəstəlik əzlələrdə spazmların, boşalmaların, ağrıların, hərəkətlərdə çətinləşmələrin olması isə özünü göstərir. Xəstəliyin bəzi formalarında distrofiya üz və boyun əzələlərindən başlayır. Bu zaman ilk növbədə udma və çeynəmə çətinləşir. Xəstəlik çiyin və qol əzələlərinin distrofiyası ilə başlayarsa, bu zaman isə qolun hərəkəti çətinləşir, gücü azalır.
Xəstəliyin ən əsas əlaməti əzələlərdə zəifliyin olmasıdır. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Əzələ distrofiyasının müalicəsi yoxdur. Müalicə xəstəliyin əlamətlərinin azaltmaqdan və xəstənin vəziyyətinin yüngünləşdirməkdən ibarət olur.
Orqanik.az