Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri buynuzlu heyvanlardan insana yoluxur. İnsan parazitə yoluxduqdan 2-3 ay sonra parazit bağırsaqlarda 150-170 minə yaxın sürfə qoyur. Yumurta ilə dolu proqlotittlər qopur və orqanizmdən xaric olunur. Orqanizmdə olan sürfələrin çoxu 9-12 ay ərzində məhv olur və toxumalarda duzlaşır, bəziləri isə bir-neçə il insanın bağırsağında yaşayır.
Xəstəliyə ən çox qaramal kəsimi ilə məşğul olan adamlarda rast gəlinir.
Teinanın (qurdun) daimi yaşayış yeri nazik bağırsaqlardır. Adətən insan xəstəliyə yoluxanda bağırsağında bir parazit olur. Teniarinxozda patoloji poroses qurdun sorucu aparatın və mübadilə məhsullarının bağırsaq divarını zədələməsi, reseptorların qıcıqlanması, onların toksiki təsiri, bağırsaq mənfəzində qida maddələrinin mənimsənilməsindən asılı olur. Teniarinxoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
– mədə-bağırsaq pozğunluğu
– arıqlama
– anemiya.
Qurd böyüdükcə hissələrlə qopur və bağırsaqdan xaric olur. Amma əsas hissəsi bağırsaqlarda illərlə qala bilir. Xəstəliyə hər yaş dövrlərində rast gəlinir.
Xəstəliyin əsas xarakterik əlaməti gecələr düz bağırsaqdan teniya hissələrinin çıxmasıdır. Teniarinxoz insanlarda aşağıdakı əlamətlərllə xarakterizə edilir:
– baş gicəllənməsi
– zəiflik
– ürəkbulanma
– qarında gurultu və köp
– iştahanın azalması və ya çox yemək
– nevroloji əlamətlər
– epilepsiya tutmaları.
Diaqnoz kliniki əlamətlərə əsasən qoyulur. Müalicə həkimlər tərəfindən uzunmüddətli aparılır. Xəstələrə fenasal, akrixin, bitional təyin edilir. Ayıdöşəyi dəmləmsi və preparatının da müalicədə faydası böyükdür.
Orqanik.az