Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü – bir sözlə əl altında nə varsa ola bilər. Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır.
Əgər yanığın əmələ gəlməsinə turşu səbəb olubsa, xəstəni təcili olaraq su ilə yuyundurmaq lazımdır. Yuyundurduqdan sonra turşunun yandırdığı yeri hidro və ya vesta gelləri ilə örtmək lazımdır. Bu gellər turşunun yandırdığı yerlərin ağrısını kəsir, yanğı hissini sakitləşdirir. Geli ən az 20-30 dəqiqə travma nahiyyəsində saxlamaq lazımdır.
Əgər yanıq qaynar su vasitəsi ilə törədilmişsə, tez bir zamanda paltarı yanıq yerindən çıxarmaq, üstünü steril tənzif ilə örtmək lazımdır. Yanıqlar zamanı dəridə zəif qızartı əmələ gəlmişsə, xüsusi müalicəyə ehtiyac olmur. Yox əgər yanıq yerində suluqlar varsa və yanmış nahiyyə iri həcmlidirsə mütləq həkimə müraciət etmək lazımdır.
Orqanik.az