Uşaqlarda boy artımını sürətləndirən qidalar

Uşaqlarda boy artımı genetik olmaqla yanaşı, istehlak edilən qidalar, yuxu rejimi və idman vərdişlərindən də asılıdır. Bəs hansı qidalar boy artımını sürətləndirir?

Orqanik.az Axşam.az-a istinadən həm sağlamlıq, həm də boy baxımından uşaqlar üçün faydalı olan qida məhsullarını təqdim edir.

1. Süd və süd məhsulları

Boyun artmasında mühüm rol oynayan ən başlıca amil sümük quruluşudur. Buna görə də sümüklərin formalaşmasında vacib yer tutan kalsium və fosforu təmin edə bilmək üçün süd məhsulları müntəzəm olaraq istehlak edilməlidir. Uşaqların gecə yatmazdan əvvəl içdiyi bir stəkan süd böyümə hormonunun ifrazını stimullaşdıraraq sümüklərin inkişafını və boy artımını dəstəkləyir.

Lakin onu da qeyd etmək lazımdır ki, inək südünün həddindən artıq istehlakı orqanizmdə kalsium-fosfor balansını poza bilər. Nəticədə bu, sümük inkişafına mənfi təsir göstərə, dəmir çatışmazlığına səbəb ola bilər. Buna görə də uşaqların gün ərzində maksimum 500 ml inək südü qəbul etməsi məsləhətdir.

2. Yağlı balıq

Yağlı balıqların tərkibində D vitamini var. Mal ətinin qaraciyəri, pendir və yumurta da bu vitamini özündə ehtiva edir. D vitamini nazik bağırsaqdan kalsium və fosforun sorulmasını artırır. Boy artımında mühüm rol oynayan bu vitamini təmin etmək üçün çox isti olmamaq şərti ilə günəş altında  15-20 dəqiqə gəzmək də mükündür.

3. Yaşıl mərcimək

Orqanizm kalsium və D vitamininin mübadiləsində maqneziuma ehtiyac duyur. Yaşıl mərcimək isə güclü maqnezium qaynaqlarından biridir. Maqneziumu təmin etmək üçün ispanaq, brokoli, tünd şokolad və pomidor kimi qidaları da istehlak etmək mümkündür.

4. Çərəzlər

Fındıq, fıstıq, qoz, badam kimi çərəzlər ən yaxşı sink qaynağıdır və sağlamlıq üçün faydalı yağ turşularını özündə ehtiva edir. Araşdırmalar göstərir ki, sink çatışmazlığı daha çox boyu qısa olan uşaqlarda müşahidə olunur.

Bundan əlavə, çərəzlər qan şəkərini balanslaşdıraraq uşağınız zərərli, qeyri-sağlam qidalara olan istəyini azaldır.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.