Haşimato tiroidi, vücudu mikroblardan qorumaq üçün fəaliyyət göstərən maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Başqa deyimlə desək tiroid xəstəliyidir.
İmmunitet.az xəbər verir ki, bu xəstəlik barədə türkiyəli endokrinoloq Funda Orakdöyen danışıb:
“Haşimatonun yaranma səbəbi tam olaraq məlum deyil. Tiroid vəzi iltihabı, ən çox isə tiroid vəzinin çatışmazlığı bu xəstəliyə səbəb olur. İltihab nəticəsində tiroid hüceyrələri kiçilərək hormon istehsal edə bilmir.
Belə xəstələrin 100-də 95-i qadındır”.
Həkim, xəstəliyin genetik olabiləcəyini də qeyd edib. Belə ki, xəstəlik ana və ya atada varsa, övlada keçmək faizi yüksəkdir. 30-50 yaş arası insanlarda daha çox müşahidə edilir.
Haşimato tiroidinin əlamətləri nədir?
İlkin zamanlarda xəstənin şikayəti olmaz. Bu adətən ümumi müayinələr zamanı meydana çıxar. Ancaq irəliləyən zamanlarda artıq əlamətlər üzə çıxmağa balayır.
Həmin əsas əlamətləri təqdim edirik:
5-7 kq artan çəki
Soyuğa qarşı həssaslıq
Tez yorulmaq
Cinsi istəksizlik
Müddəti pozulan menstruasiya
Quru dəri
Hamilə qalmaqda çətinlik
Depressiya
Qəbizlik
Ürək döyüntülərinin azalması
Nəzərinizə çatdıraq ki, tiroid xəstəlikləri xüsusi ağrı verməzlər.
Orqanik.az