İştahın olmaması, heç bir yeməyə həvəsin olmaması, güclə, iştahsız yemək çox gənc qadınların şikayətidir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, diyetoloq Nuriya Dianova bu simptomun mümkün səbəblərini açıqlayıb.
“Qaydaya görə, iştaha hipofiz cavabdehdir. Bu vəzin şişləri, eləcə də qalxanvari vəzin funksiyasının azalması – hipotireoz iştahın kəsilməsini göstərir.
Eləcə də diabet xəstələrində bu baş verir. Xüsusilə bir sıra onkoloji xəstəliklərdə iştah küsməsi müşahidə olunur.
İnsan stress, təşviş, depressiyada olarsa, iştah azala bilər. İştah 1 aydan çoxdur yoxdursa, terapetə görünmək lazımdır”.
Orqanik.az