“Qanlı” təam: hematogen plitkasının qəribə sərgüzəştləri

Çoxları elə düşünür ki, hematogen sovet ixtirasıdır, amma bu belə deyil. Əslində, iksiri isveçrəli alim və həkim Adolf Qommel (Adolf Hommel) 1890-cı ildə fikirləşmişdir. Məhz o ilk dəfə öküz qanı və yumurta ağından hazırladığı iksiri zəif xəstələrə təyin etməyə başladı. Vasitə çox təsirli oldu və adamlar arasında uğur qazandı. Üstəlik, ağıllı həkim onunla varlandı.

“Hematogen” adını ixtiraçı iki yunan sözündən tərtib etdi: αἷμα – “qan” və γένος – “doğuluş”. Preparat 200 ml-lik qeyri-adi formalı şüşələrə tökülürdü. Tezliklə Qommel iksiri Rusiyada da peyda oldu. Reklam möcüzəli vasitənin potensial istifadəçilərini dəqiq təsvir edirdi:
“Vaxtından tez yorulmuşlara, özünü zəif hiss edənlərə, əsəbi böyüklərə və zəif, inkişafdan qalmış uşaqlara – doktor Qommelin hematogeni! Sınanılmış qüvvətləndirən vasitədən razı qalacaqsız!”

Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, doktor Qommel inqrediyentləri gizlətmirdi. Anladığınız kimi, hematogenin tamı belə də…. belə idi, odur ki, əlavə inqrediyentlər elə əvvəldən əlavə olunurdu: bal, şərbət, kakao, şəkər, qliserin, şərab və bir çox başqası.

“Solğun taqətsizlik”, yəni anemiya bütün zamanlarda yayılmış xəstəlikdir. Hələ XIX əsrdə həkimlər anlamışdır ki, orqanizmdə dəmir azlığı insanı halsızlaşdırır. Krım müharibəsi illərində cavan doktor Sergey Botkin müşahidə edir ki, çoxlu qan itirən yaralılar pis sağalır, xüsusən, qida ilə müəyyən ərzaqları az alırsa. Öz yazılarında Botkin qeyd edirdi ki, bu döyüşçülərin tez sağalması üçün yüksək dəmir tərkibli dərman lazımdır. Qommelin dövründə öküz qanından alınmış inqrediyentləri lazımınca konservləşdirməyi bacarmırdılar. Sürixdə pasiyentlər təzə hematogeni dada bilirdisə, daşınarkən o korlanırdı, özü də çox.

XIX və XX əsrlərin arasında vekov peterburq­lu həkim Oşer Vaynşenker anlayır ki, öküz albu­mini­nin tədarükü steril şəraitdə aparılmırdı. O müstəqil şəkildə qanın vakuum qurudulması laboratoriyasını təchiz edir, 1900-cü ildə isə ictimaiyyətə quru qandan hazırlanmış və şəkərli şirlə örtülmüş tablet formalı preparat təqdim edir.
İlk sovet hematogeninin sənaye istehsalı 1924-cü ildə Kiyevdə təşkil olunmuşdur. Preparat həm iksir, həm plitka şəklində buraxılırdı. Tərkibinə görə plitkalar Vaynşenkerin reseptinə yaxın idi. Sonralar bu əmtəə markasına görə qızğın məhkəmə icraatları aparılırdı.

Böyük Vətən Müharibəsinin ilk illərində hematogenin Orta Asiyada aktiv istehsalına başlandı, çünki SSRİ-nin qərb regionlarından bir çox əcza­çılıq müəssisələri oraya təxliyyə olunmuşdur. Hematogen yaralı döyüşçülərə, uşaq evlərinə və taqətsiz xəstələrə verilirdi. Doğrudur, hematogen hər yerdə qərar tapmadı. Bəzi müsəlman regionlarında heyvan qanının istifadəsi dini baxımdan qəbul olunmurdu. Odur ki, bəzən qara qida albuminin yerinə (öküz qanının emal olunmuş inqrediyentləri məhz belə adlanırdı) sintetik analoqlar istifadə edilirdi.

ABŞ-da isə 20-ci illərdə hematogen çox populyar idi. Doğrudur, çoxları indi bunu unudub və keçmiş sovet sakinlərinin “qanlı” şirniyyata bəslədiyi rəğbəti təəccüblə qarşılayır.

İndi aptek rəflərində çoxlu sayda şərti faydalı batonlar tapmaq olar. Klassik hematogeni quru meyvəli, kokos yonqarlı, şokolad şirli, fındıqlı variantlar əvəz edib. Əlbəttə, bu gün anemiya ilə qlobal mübarizədə xeyli ciddi dərman vasitələri istifadə edilir. Amma əsl hematogeni dəyərsizləşdirmək də düzgün deyil, sadəcə tərkibinə diqqət yetirin. Albumin ən azı 2,5-5% olmalı və inqrediyentlər sırasının əvvəlinə mümkün qədər yaxın yazılmalıdır, əks halda bu sadəcə konfetdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.