“Bütün tibb işçiləri və yaşı 60-dan çox olan insanlar koronavirusa qarşı peyvənd edilməlidir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, insanların 70 faizinin peyvənd edilməsi qarşıda duran əsas məqsəd olmalıdır:
“Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur. Əgər bu ilin əvvəlində 34 dövlətin peyvənd olunma əhatə dairəsi 10%-dən az idisə, indi cəmi 10 belə ölkə qalıb və onların əksəriyyəti humanitar böhranla üzləşirlər”.
Orqanik.az