İnsan psixikasında problemlər və pozulmalar birbaşa bağırsaqlarla bağlıdır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, dünyada artıq alimlər Parkinson, şizofreniya, autizm, psixi pozulmalar, demensiyanın dərmanını insan nəcisində axtarmağa başlayıb.
Çünki insan psixikası bağırsaqların mikrobioması ilə sıx bağlıdır.
Bağırsaqlarda 2 kq və daha çox mikroorqanizmlər yaşayır. 20 milyon gendə bakteriya, virus, göbələk və s.
Belə bir ordu insanı istənilən xəstəliyə sala bilər.
Hazırda pozulmuş bağırsaq mikroflorasına görə daha çox prebiotik və probiotiklər təyin edilir.
Alimlər yeni psixobiotiklərin hazırlanması üzərində çalışır.
Psixiatriya üzrə professor Timoti Dinan qeyd edib ki, psixobiotik bakteriyaları neyroaktiv maddələr hazırlayacaq ki, bu da psixi xəstələrin müalicəsində effektivdir.
2015-ci ildə İsrail alimləri bir milyondan çox insanın tibbi kartasını araşdıran elmi tədqiqat aparıblar.
15-65 yaş arası insanların analizlərini təhlil edərək bu nəticəyə gəliblər ki, cəmi bir kurs antibiotik müalicəsi istənilən yaşda insanda təşviş – panik pozuntu və depressiya əlamətləri yaradıb. İl ərzində bir neçə dəfə qəbul isə 50% hallarda xəstədə nevroz, panika, təşviş, depressiyaya səbəb olub.
Eləcə də bağırsaq və qaraciyər üçün zərərli hesab olunan göbələk əleyhinə dərmanlar da 20% hallarda depressiv-təşviş vəziyyəti yaradır, amma bu bir qədər zəif olur.
Ən güclü zərbəni antibiotiklər vurur.
Müasir insanın doğulandan sonra az qala hər il müxtəlif xəstəliklərə görə lazım oldu olmadı antibiotik müalicəsi alması onun mikrobiomasını məhv edir, bağırsaq mikroflorası 6 aya bərpa olur, o da sağlam insanda. Bununla belə insanın psixikası zərbə görür.
Ona görə alimlər psixiatr və nevroloqlara psixi pozuntusu və əsəb gərginliyi, depressiyası olan xəstələrə təkcə antidepressant yox, bağırsaqları qaydaya salan probiotiklər təyin etməli və ya bu xəstələri qastroenteroloqlar da müalicə etməlidir.
Orqanik.az