Belə bir deyim var.” İnsan nə yeyərsə, o cür də yaşayar.” Mədə-bağırsağın fəaliyyəti insanın həyat tərzinə birbaşa təsir edir. Həzmin normal getməsi, hər gün qida qəbulu kimi, bağırsaqların da çalışması sağlam həyat üçün şərtdir.
İnsan yaşaması üçün qida qəbul edir və qidaların orqanizmdə həzm olunmaması və ya vaxtında lazım olmayan qidaların xaric olunmaması orqanizmin vəziyyətinin pisləşməsinə səbəb olur.
Bağırsaqlardakı möhtəviyyatın vaxtında xaic olunmaması toksiki maddələrin orqanizm tərəfindən sorulmasına səbəb olur. Bunun baş verməməsi üçün də hər gün defekasiya aktı həyata keçirilməlidir. Həzm sisiteminin pozulmaları, həzm orqanlarında meydana gələn xəstəliklər defekasiya aktının ləngiməsinə və ya qəbizliyə səbəb olur ki, bu da müxtəlif patologiyaların ( bağırsaq genəlməsi, babasil və s.) meydana çıxmasına səbəb olur. Bunların baş verməməsi üçün bağırsaqların hər gün fəaliyyətini nəzarət altında saxlamaq lazımdır. Aşağıdakını qəbul eləməklə hər gün bağırsaq möhtəviyyatının xaric olmasına səbəb ola bilərsiniz.
Resept:
* 5 stəkan qaynamış su
* 150 qram qara gavalı
* 150 qram xurma
Hazırlanması su qazanda qaynadılır, qaynamağa başladıqda içərisinə xurma və qara gavalı əılavə edilib 15 dəqiqə qaynadılır. Qarışım səhərlər acqarına içilir. Bu qarışımı içmək həzm sisitemini sürətləndirir, bağırsaq fəaliyyətini sürətləndiririr və defekasiya aktının baş verməsinə səbəb olur. Bu səbəbdən də orqanizmin vəxiyyəti yaxşılaşır və insan özünü rahat hiss edir.
Orqanik.az