Böyrək və sidik yollarında sidiyin normal axmaması bu orqanlarda patologiyanın olmasının göstəricisidir. Belə patologiyalardan biri də pielonefritdir. Xroniki pielonefritli xəstələr vaxtaşırı həkimə müraciət eləməlidirlər. Sidik kisəsinin iltihabi xəstəlikləri zamanı və xroniki pielonefritin müalicəsində aşağıdakı bitki yığlmının əhəmiyyətli olduğu həkimlər tərəfindən təsdiqlənmişdir:
20 qram qatırquyruğu
20 qram kalendula çiçəyi
20 qram böymədəran otu
15 qram tozağacı yarpağı
10 qram gicitkən
10 qram razyana
10 qram biyan kökü
10 qram qəndəlaşgülü
10 qram qarğıdalı saçağı
10 qram cəfəri toxumu
10 qram quşbuğdası otu
10 qram yonca çiçəyi
10 qram reyhan
10 qram çobanyastığı çiçəyi
1 xörək qaşığı bu bitki yığımından 500 ml suda dəmləyib, yeməkdən 15 dəqiqə əvvəl ilıq halda gün ərzində 3 dəfə içmək lazımdır.
Orqanik.az