Səhərlər yuxudan qalxdıqda ayılmaq üçün ilk olaraq qəhvə içirik. Bəs bu nə qədər düzgündür?
Qəhvənin bir çox faydası var. Yaddaşı gücləndirərək, demensiyanın qarşısını alır və həmçinin xərçəngə qarşı effektivdir.
Ancaq aparılan bəzi araşdırmalar ac qarnına qəhvə içmənin zərərli olduğunu sübut edib.
Belə ki, mədədə ifraz olunan turşular yediyiniz yeməklərin parçalanmasına və həzm edilməsinə kömək edir. Əgər nahar etməmisinizsə, mədənizin ifraz etdiyi turşuların parçalayacağı yeməklər də olmaz. Bu səbəblə ac qarına qəhvə içdikdə mədənizin nizamı dəyişir.
Qarnınız ağrıya bilər, mədəniz sızıldaya bilər və ya reflyuksla (qastro-ezofageal) qarşılaşa bilərsiniz. Xərçəng hüceyrələri turşulu mühitdə daha tez inkişaf etdiyi üçün, qəhvəylə dolu bir mədə xərçəngin dəvətçisi sayılır.
Bədəninizə az miqdarda kofein daxil olmaqla özünüzü daha enerjili, gümrah və xoşbəxt hiss edə bilərsiniz. Yüksək dozalarda kofein isə, narahatlıq və yorğunluğa səbəb olur, xüsusilə də, əgər ac qarnına qəhvə içsəniz.
Qəhvənin təsir edəcəyi miqdar insandan-insana dəyişir. Bəziləri böyük bir bakal qəhvəni bir dəfəyə içsə, hər hansı bir problemlə qarşılaşmır, bəziləri isə kiçik miqdarda “espresso” içəndə halı dəyişir. Qəhvənin sizə necə təsir etdiyini yoxlayın və buna görə istehlak etdiyiniz qəhvə miqdarını yenidən nəzərdən keçirin.
Aparılan araşdırmalar, qəhvənin iştahın itməsinə səbəb olduğunu da sübut edib. Əslində bunu bir cəhətdən müsbət bir hal kimi qəbul edə bilərsiniz. Ancaq ac qarnına yenə də zərərli ola bilər.
Orqanizminizin əsl səhər yeməyinin təmin edəcəyi bir enerjiyə ehtiyacı var, qəhvənin verdiyi enerjiyə isə, yox. Bu səbəblə mütləq nə isə yedikdən sonra qəhvə için.
Orqanik.az