Qorxu – insan və heyvanların yaşamaqları üçün müdafiə mexanizmidir. İnsan qorxduqda orqanizmdə potensial təhlükəyə qarşı dəyişikliklər əmələ gəlir. Panika hücumları mənasız qorxuya, real təhlükə olmadıqda baş verir. Bu nevrozların bir növünə aiddir.
Səbəbləri:
– Gücli stress-psixi travmalar nəticəsində olur.
– İrsiyyət – belə adamlarda qorxu, həyəcan hissləri güclü olur.
– Endokrin sistemi xəstəlikləri.
– Orqanizmin ümumi vəziyyəti -məsələn, fiziki gərginliyi pis keçirən insanlar bu hala məruz qalırlar.
– Daxili orqanların xəstəliklərində – ürək patologiyalarıanda.
– Spirtli içkilərdən sui-istifadə etmək.
Əlamətləri:
Belə adamlar daima daxili gərginlik keçirirlər. Onlar özlərini köməksiz hiss edirlər. Qorxu tutmaları ən çox axşam və gecələr olur. Normal qorxunu, panika hücumlarından necə fərqləndirmək olar? Aşağıdakı əlamətlərə əsasən panik hücumları müəyyən etmək olar.
– daxili titrəyiş, üşütmə
– çoxlu tərləmə, soyuq tər
– tez-tez nəbzin vurması, ürək döyüntülərinin artması
– qarında diskomfort hissi, ürəkbulanma
– ürək nahiyəsində diskomfort
– hər hansı hərəkət etmək qorxusu
– başgicəllənmə
– yuxuya çətin getmə
– ölüm qorxusu.
Bu əlamətlər səbəbsiz olaraq baş verir.
Siz nə edə bilərsiniz:
Müstəqil olaraq bu vəziyyətin öhdəsindən gəlmək olmaz. Belə hallara rast gəldikdə psixoterapevtə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Həkim bu zaman psixoterapiya aparır, autotreninqlər tətbiq edir. Xəstəyə sakitləşdirici dərmanlar təyin edilir.
Orqanik.az