Stilist Lindsey Edvards geyimlərin faktura və izləri, eləcə də uyğun aksesuarların köməyi ilə döşlərin vizual olaraq böyütməyin yollarını açıqlayıb.
Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Beləliklə, asqılı boyunbağılar, həmçinin ciblər, təsvirləri və yazıları olan həmçinin üfüqi zolaqlar sinəni böyük göstərir.
“Hazırda çox populyar olan yivli trikotajlar və fırfıralar qadın bədənini mükəmməl şəkildə əks etdirir” deyə ekspert bildirib.
Bundan əlavə, stilist açıq və parlaq rənglərdə paltar seçməyi tövsiyə etdi ki, bu da istədiyiniz effekti əldə etməyə kömək edəcəkdir.
Orqanik.az