Timus vəzi döş qəfəsinin arxasında yerləşən, uşaqlarda ağırlığı 10-15 qrama yaxın olan daxili vəzdir. Orta yaşlı adamda ağırlığı 35-40 qrama çatır və sonradan geri sorularaq piy toxuması ilə əvəz olunur.
Timus vəzi uşaq dünyaya gələndən öz funksiyasını ifadə etməyə başlayır və cinsi yetişkənlik dövründə başa çatdırır. Timus və ya çəngələbənzər vəz qana hormonların keşməsi prosesində rol oynayan bir vəzdir, orqanizmin inkişafı və müqavimətinin olmasında əhəmiyyəti var.
Əgər orqanizm bir mikrob və ya virus tərəfindən təhlükə ilə üzləşərsə, timus vəzi qanın tərkibinə təsir edərək ağ qan cisimciklərinin (limfositlər) miqdarını artırır.
Timus vəzisi çıxarılmış heyvanlar üzərində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir müddət sonra onların sümük toxumaları yumşalmağa başlamış və onların boy artımı dayanmışdır. Araşdırmalar timus vəzinin sumük toxumasının inkişafında və boy artımında böyük rolu olduğunu sübut etmişdir. Timus vəzi orqanizmdə əmələ gələn turşuları neytrallaşdırmaq qabiliyyətinə malikdir. Timus vəzi öz inkişafını orta yaşdan sonra itirməyə başlayır. 50 yaşında olan adamda timus vəzinin 15%-i işləmək qabiliyyətində olur ki, onun funksiyası azaldıqca orqanizm xəstəliklərə qarşı həssas olmağa başlayır. 50 yaşdan sonra az sayda adamlarda timus vəzisi öz funksiyasını az miqdarda saxlaya bilir. Timus vəzisi öz funksiyasını saxlaya bildiyi adamlarda limfa sistemi çox yaxşı inkişaf etmiş olur. Bu cür adamlar sağlam yaşayırlar.
Tibb elmində timus vəzinin və onun hormonlarının orqanizmə faydaları barədə az məlumatlar var. Amma immun sisteminin möhkəmlənməsi barədə faydası məlumdur.
Orqanik.az