Karies

Dişlərdə karies (caries dentis) patoloji prosesdir. Bu zaman mineralların bərk toxuma itkisi baş verir və yumşalmanın ardınan  ağız boşluğunda  yaranma baş verir.                   

Müxtəlif ölkələrin statistikasına əsasən, karies yaşlılar və uşaqlar arasında 85-98 faiz yayılıb. Polşada məktəblilərin 90, Çexiyada 64-76, İngiltərə və ABŞ-da isə 98 faizi kariesdən əziyyət çəkir. Azərbaycan əhalisinin isə 80 faizi kariesdən əziyyət çəkir.      

Kariesin yaranma səbəbi

-Müntəzəm olaraq karbohidratlardan (qlükoza, şəkər, fruktoza) yeməklər arası istifadə etmək. Kariesin yaranmasında şirniyyatın hansı miqdarda qəbul olunması yox, hansı tezliklərlə qəbul olunması və ağızda qalma müddəti daha böyük rol oynayır.

Məlum olub ki, zülal, D, A, C vitaminlərinin çatışmazlığı kariesin yaranmasına təsir etmir. Ancaq uzun müddət ərzində qidalanmamaq kariesin artması ilə nəticələnə bilər.

-Qida rasionunun kariesin yaranmasına təsiri təkcə karbohidratların təsiri ilə məhdudlaşmayıb. Hələ 60-80 il əvvəl qida intenstiv həzmə məruz qalmamışdı. Növbəti mərhələdə daha sərt olan həzm təmizləyici təsirə məruz qaldı və nəticədə dişlərin öz-özünə təmizlənməsi baş verdi. Qəbul etdiyimiz qida daha yumşaqdır və intensiv həzm tələb etmir, dişlərin özü-özünü təmizləməsini təmin etmir. Nəticədə dişlərin üzərində diş ərpi yarandı.

-Normal olaraq insanın ağız boşluğunda çoxlu miqdarda mikro orqanizmlər var. Ağız boşluğuna karbohidratlar daxil olanda bu mikro orqanizmlərdən bəziləri yapışqan maye ifraz edir və onların köməkliyi ilə dişlərin səthinə yapışaraq ərp yaradır. Zaman keçdikcə diş ərpindəki bakteriyalar artaraq çoxalır, daha da qalınlaşır. Bu zaman karies, yəni dişin sərt maddəsinin dağılması prosesi başlayır. Bu proses 18-28 saat davam edir. Əgər dişin üzərinə yığılan ərpi gündə iki dəfə təmizləsək, kariesin yaranma riskini ciddi şəkildə azalda bilərik.

Orqanizmə təsir edən bu xarici faktorlar kariesə səbəb olur

-İonlaşdıran radiasiya,

-Uzunmüddətli intensiv rentgen şüalanması.

Əsasən hansı dişlər kariesdən əziyyət çəkir?

Karies alt çənə dişlərinə nisbətən daha çox üst çənə dişlərinə mənfi təsir edir. Bəzi tədqiqatçıların fikrinə əsasən, bunun səbəbi alt çənə dişlərinin daim hərəkətdə olması ilə izah edirlər. Alt çənə dişləri qida qalıqlarını daha yaxşı təmizləyirlər və kariesin yaranma şərtlərini azaldırlar. Əsasən arxa dişlər kariesə məruz qalır. Bu, çox gümanki bu dişlərin birinci çıxması ilə əlaqədardır.

Kariesda profilaktika

Dişləri kariesdən qorumaq üçün əsas bu üsullardan istifadə edilir:

-Ağız boşluğuna müntəzəm qulluq etmək;

-Şəkərdən istifadəni minimuma endirmək;

-Tərkibində ftor olan diş pastalarından istifadə etmək;

Dişləri təmizləməyin qaydalarına riayət etmək;

-Yarım ildən bir stomatoloq tərəfindən yoxlanılmaq.

Amma qeyd etmək lazımdır ki, canlı təbiətdə insandan başqa heç bir canlı dişlərini məqsədli şəkildə təmizləmir və kariesdən əziyyət çəkmir. Orqanizmi sağlam saxlamaq və ağız boşluğu ilə bağlı gigiyena qaydalarına riayət etmək kariesə yoluxmamağa imkan verir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.