Müasir dövrdə hər kəs bədən qurluşundakı narazıçılıqları demək olar ki, rahatlıqla plastik cərrahiyyə üsülu ilə aradan qaldıra bilər.
Misal olaraq, ən çox müraciət olunan prosedurlardan – selülliti, artıq çəkini, piylənmə, artıq çəkini göstərmək olar. Lakin, bununla yanaşı hər bir insan cərrahiyyə masasına bıçaq altına uzanmağa hazır olmur.
Bu səbəbdən hal hazırki dövrdə kriolipoliz proseduru getdikcə populyarlaşmaqdadır. Bu prosedurun mahiyyəti, yağ hüceyrələrinin “dondurulması” deməkdir. Elm adamları aşkar ediblər ki, -5 dərəcə temperaturda, piy toxumasının hüceyrələri ölür. Beləliklə, nahiyyəni dondurmaqla, insan sağlamlığına zərər vermədən bədəndən təhlükəsiz şəkildə piy toxumalarının çıxarılması mümkündür.
Bu prosedurun hər hansı bir nahiyyə kəsilmədən baş verdiyini qeyd etmək lazımdır. Bu zaman insan bədənində hər hansı iz belə qalmır.
Kriyolipoliz proseduru hansı nahiyyələrdə daha yaxşı nəticələrini göstərə bilər?
İnsan bədənində demək olar ki, bütün nahiyyələrdə prosedurun yaxşı nəticələrini görə bilərsiniz. Prosedur bütün nahiyyələrdə ayaqlarda, qarın və qarın ətrafı, bel və qolların yuxarı hissələrində etmək olar.
Məlum olduğu kimi, məhz bu nahiyyələr daha çox piylənməyə meyilli olan bölgələrdir.
Əlbəttə ki, bir prosedura “düyməcik” formasını almaq olmur, lakin 3 həftə keçdikdən sonra ilk nəticələr göz qabağında olacaqdır. Prosedur əlbəttə, ucuz deyil. Moskvada kriyolipolizin qiyməti adam başına 20-25 min rubl, Avropada isə 750 avro təşkil edir.
Orqanik.az