Şüa insanların gözlərini qıcıqlandıraraq orada narahatlıq və yuxusuzluq yaradır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alimlər televizor, kompyuter, telefonların insana verdiyi zərərləri araşdıran zaman bu qənaətə gəliblər. Belə ki, 22-28 yaş qrupu insanlar arasında tədqiqat aparılıb. Ard-arda 5 gün gecə saatlarında kompüter arxasında oturmaları tapşırılıb. Könüllülər ardıcıl olaraq 5 gecə kompüter arxasında keçirdikdən sonra bir neçə günü isə qəzet, kitab, jurnal və s. şüadan uzaq məşğuliyyətlərə ayırıblar. Bu isə yuxu rejiminin pozulmasına, əsəblərin gərilməsinə gətirib çıxarır. Könüllülərin elektron cihazlarla keçirdikləri gün, digər günlərə nisbətən 30-40 dəqiqə daha gec yuxuya getdikləri bəlli olub.
Boulder Universitetindən olan bir qrup mütəxəssis isə bütün bu cihazların, şüanın insan orqanizminin fizioloji göstəricilərinə mənfi təsir etdiyini bildirib. Gec yatmaq vərdişi müəyyən zamandan sonra insanda əqli pozuntulara, psixi xəstəliklərə (şizofreniya) gətirib çıxara bilir. Tədqiqatçılar onu da qeyd edir ki, yuxu rejiminin pozulması orqanizmdə epifizin ən əsas hormonu olan melatonin hormonunun ifraz sürətini də zəiflədir.
Orqanik.az