Xərçəng şişləri ağız boşluğu ilə yanaşı, damarda da olur.
Çox zaman insanlar bunları damaq xəstəliyi, dişlərlə səhv salır.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, onkoloq həkim Barak Larian ağız boşluğu xərçənginin əsas əlamətlərini sadalayıb.
“Ağızda yaralar, iri xoralar, dişlərin dibindən boşalıb düşməsi təhlükəli xəstəliyin əlaməti ola bilər.
Baxmayaraq ki, ağız boşluğundakı bütün xoralar xərçəngönü vəziyyət deyil, amma onların peyda olması xəstəni şübhələndirməlidir.
Dildə ağ-qırmızı ləkələr, ağız içində ağ ləkələr, damaqda xoralar bədhüceyrələrin anomal çoxalmasını göstərir. Bunların bədxassəliyə çevrilmə şansı çoxdur.
2-3 həftə ərzində getməyən, sağalmayan vəziyyət zamanı həkimə müraciət edin.
Siqaret çəkənlərin ağzında bozumtul ağ ağrı verən düyüncüklər də təhlükəlidir.
Damağın içində kökündən oynayan, tərpənən, laxlayan dişlər, udmada çətinlik, səsin dəyişməsi, çənədə və qulaq hissədə ağrı, şişkinlik boğaz və ya ağızda şişdən ola bilər.
Belə hallarda yubanmadan müayinələrə getmək lazımdır”.
Orqanik.az