Qalxanvari vəzi fəaliyyətinin artması və onun simptomları

Qalxanvari vəzi fəaliyyətinin artması tibbdə “tireotoksikoz” və ya “hipertireoz” adlandırılır.

Tireotoksikoz zamanı qalxavari vəzi orqanizmin normal fəaliyyəti üçün lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi hormonları orqanizmdə gedən bir çox proseslərdə iştirak edir və bu səbəbdən vəzinin fəaliyyətində olan dəyişikliklər, təbii ki, orqanizmin bir çox orqan və sistemlərində pozulmalar yaradır.

Tireotoksikoz bu kimi əlamətlərlə özünü büruzə verir:

– Ürək döyüntüsünün tezləşməsi və arterial təzyiqin artması. Bir çox hallarda insan ürəyin qəfildən “dayanmasını”, ürəyin gah tez-tez gah da yavaş-yavaş döyünməsini hiss edir. Ürək fəaliyyətində olan pozulmaları insan özü təyin edə bilər. Bunun üçün biləyinizdə nəbz tapın və 1 dəqiqə ərzində nəbzinizə diqqətlə nəzarət edin.

– Adətən tireotoksikoz zamanı insanın iştahası atmış olur. Məsələ burasındadır ki, qalxanvari vəzi hormonları mübadilə proseslərin tənzimlənməsində iştirak edir və bu hormonların qanda artması mübadilə prosesləri sürətləndirir. Nəticədə insan çox yeyir, lakin kökəlmir, əksinə tez arıqlayır. Çox nadir hallarda tireotoksikoz zamanı insanın çəkisi artır.

– Tireotoksikozu olan insan isti otaqda özünü pis hiss edir. Belə insar daim istilik hiss edir və daha sərin, hətta soyuq otaqlarda olmağa üstünlük verir. Tireotoksikozu olan insan üçün komfortlu olan otaq temperaturu sağlam insan üçün aşağıdır. Bunun səbəbi tireotoksikoz zamanı orqanizmdə termorequlyasiya (istiliyin tənzimi) prosesin pozulmasıdır. Bildiyimiz kimi, tireotoksikoz zamanı mübadilə prosesləri sürətlənir və bu zaman çoxlu istilik əmələ gəlir ki, bu istiliyi orqanizmdən xaric etmək üçün insan daha soyuq şərait seçir.

Məhz termorequlyasiya proseslərin pozulmasına görə tireotoksikozdan əziyyət çəkən insanlar tez-tez və güclü tərləyir. Tərləmə orqanizmimizin qoruyucu mexanizmidir ki, tərlədikdə bədən soyur.

– Tireotoksikoz zamanı xəstə sidik ifrazının artmasından və ishaldan əziyyət çəkir. Bəzən xəstə əvvəl qastroenteroloqa müraciət edir və müəyyən müddət ərzində uğursuz olaraq ishaldan müalicə alır.

– Bədənin titrəməsi də tireotoksikozun əsas əlamətlərdən biridir. Əvvəl bu titrəmə yalnız xəstənin əllərində hiss olunur. Xəstənin xətti pozulur, əyri olur. Xəstəlik inkişaf etdikcə titrəmə bütün bədənə yayılır.

– Bu pozulma zamanı insanın xasiyyəti də kəskin dəyişilir. İnsan əsəbi, ağlağan, qərarsız olur, tez özündən çıxır və hirslənir, səbəbsiz olaraq hər şeyə görə narahat olur, onun əhvalı tez-tez və səbəbsiz dəyişilir.

İnsanın yaddaşı və diqqəti pozulur. İnsan hər hansı diqqət tələb edən işlə məşğul ola bilmir.

– Xəstə yuxusuzluqdan əziyyət çəkir.

– Qadınlarda menstrual dövr pozulur. Menstruasiyalar qeyri-müntəzəm olur (bir ay olur, sonra 1-2 ay olmur və s.), bəzən hətta tam kəsilir (tibbdə buna “amenoreya” deyilir).

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.