Qış aylarında insanlar hərəkətsilik, stress, ya da yanlış qidalanma ucbatından artıq çəki alır. Köklməmək üçün yeyib-içdiklərinizə fikir verməyiniz mütləqdir.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, düzgün qidalardan istifadə etmək artıq çəkinin qarşısını alacaq:
Bəzi qidalar kalori yandırmağa kömək edir. Əlbəttə, yeyib-içdiyinizin miqdarına da diqqət etməlisiniz.
Paxla məhsulları toxluq vaxtını uzadır. Eyni zamanda içərisində karbohidratlar var. Buna görə də, kilo itirməyi tezləşdirir. Mərcimək, quru lobya, noxud yeməkdən qorxmayın.
Pendir süd məhsulları sırasında sizə ən xeyirlisidir. İçərisindəki kalsium mineral arıqlamağı sürətləndirir. Tərkibi proteynlə zəngindir.
Avokado tərkibində yağla yanaşı su da olan bir qidadır. kalorisi yoxdur. Salatlarda istifadə edilməlidir.
Alma sirkəsi arıqlamaq istəyənlərin ən çox istifadə edəcəyi bir vasitədir. Arıqlayan zaman qan şəkərinin tənzimlənməsinə kömək olur.
Fındıq tərkibindəki yağla birlikdə arıqlamağa kömək edir və orqanizmi güclü saxlayır.
Brokolli, kabaq, balqabaq, qırmızı kələm qidalarınız sırasında birinci yerdə yer almalıdır. İmmuniteti güclü saxlayar, çəki itməsinə yardımcı olar.
Kartof pəhriz proqramları sırasından uzaqlaşdırılsa da, faydalıdır. Suda bişirilərək yeyilməlidir.
Yumurta proteynlə zəngindir. Pərhiz saxlayanlar mütləq bundan istifadə etməlidir. Həm tox tutur, həm orqanizmi gücləndirir.
Orqanik.az