Dünyada bir çox insan artıq çəkidən əziyyət çəkir. Və hər biri müxtəlif yollarla buna nail olmağa çalışır.
Orqanik.az Axşam.az-a istinadən 1 həftə ərzində sizə 3 kiloqram çəki atmağa yardımçı olacaq detoksu təqdim edir.
Tərkibi:
yarım limon
1 qreypfrut
1 kök
zəncəfil
cəfəri
yaşıl çay və ya hər hansı bitki çayı (çay yerinə su istifadə etmək də olar)
Bütün ləvazimatları şüşə butulkaya əlavə edin. Qarışımın acı dad verməsini istəmirsinizsə, qreyfrutun yarısını istifadə edə bilərsiniz. Qarışımı blenderdən keçirdikdən sonra istehlak edin.
Qeyd edək ki, çəkiniz 60 kiloqramdan aşağıdırsa, bu detoks sizi 2 kiloqram, 65-80 kiloqram arasındadırsa, 3 kiloqram arıqlamağınıza yardımçı olacaq. Kişilər bu detoksla daha çox çəki atmağa nail ola bilər. Pəhrizin ilk 1 ayından sonra tətbiq edilməsi tövsiyə olunur. Böyrək, diabet xəstələri, hamilə qadınlar və süd verən analar tərəfindən istehlak edilməsi tövsiyə edilmir.
Orqanik.az