Biyan kökü paxlakimilər fəsiləsinə aid olan ağaçdan əldə edilir. Biyan qalın və torpaq altında 3-4 metrə qədər uzana bilən kök sisteminə malikdir. Onun kökü eninə də dərinlikləırə doğru uzanır və yanlarından onlarla əlavə kökcüklərin çıxmasına, onların böyüməsinə səbəb olur. Biyan düz kök sisteminə malikdir. O torpaq üstündə 1-2 metr hündürlüyə qədər qalxır. Onun 20 santimetr uzunluqda saplaqları və saplaqların üstündə sıra ilə düzülmüş yarpaqları olur. Biyan yarpaqları kiçik, oval şəklində və yaşıl rəngdə olur. Biyan ağacı öz meyvələrini yayın sonlarında və payızın əvvələrində yetişdirir. Biyana ən çox Aralıq dənizi ölkələrində rast gəlinir. O yabanı halda İtaliya, Fransa ərazilərində bitir. Biyana Afrika və Asiya ölkələrində də rast gəlinir. Qafqaz meşələrində də biyana yetərincə rast gəlmək mümkündür. O əsasən gilli və qara torpaqlara sahib olan ərazilərdə bitir. Biyana yol kənarlarında rast gəlmək mümkündür. Biyan kökündən qədim zamanlarda da istifadə edilir. Arxieloqlar Tutuxanımın qəbrində də biyan kökünə rast gəliblər. Qədim Yunan və Roma həkimləri soyuqlama, öskürmə və selikli qişaların iltihabı xəstəlikləri zamanı biyan kökündən istifadə ediblər. Böyük marketlərin ədviyyatlar satılan bölməsində biyan kökü satılır. Onu alan zaman aşağıdakılara diqqət yetirmək lazımdır:
* qablaşdırmanın hermetik olmasına
* biyan kökünün rənginə və qoxusuna(keyfiyyətli biyan kökü tünd qəhvəyi rəngdə olur və xaricdən sarı kəsik izlənir)
* biyan kökü əlavə edilmiş konfetlərə(konfetlər yanlız şəkərdən, nişastadan,undan, jelatindən, duz və dadlandırıcılardan istifadə edilməlidir).
Qida sənayesində biyan kökündən ədviyyat kimi istifadə edilir. Onun ətrindən və dadından Yaponiya, Çin, Misir, Monqolustan, İngiltərə, Skandinaviya və s. ölkələrin mətbəxində geniş istifadə edilir. Ən çox Çində biyan kökündən istifadə edilir. Çin mətbəxində bu ədviyyatdan müxtəlif şorbalara və ya bulyonlara qatılır. Ondan ədviyyat vasitəsi kimi həm tək, həm də qarışım şəklində istifadə olunur. Biyan kökünün tərkibi B qrup vitaminlərlə zəngindir. Bu xüsusiyyətinə görə o enerji mənbəyi hesab edilir. Biyan enerji mübadiləsinin, orqan və sistemlərin normal işləməsinin, zülalların sintezinin, maddələr mübadiləsinin yaxşılaşmasında yaxından iştirak edir. Biyan sinir sistemini sakitləşdirir, bütün metobolik reaksiyaların baş verməsinə təsir edir. Onun tərkibi C vitamini, flavonoidlər, polisaxaridlər, yağ turşuları, selik maddələri, mineral duzlar, karotin, kumarin, salonin və acı maddələrlə zəngindir.
Biyan kökündə olan polisaxaridlərin tərkibində 34% nişasta, 30% selüloza və pektin maddələri var. Biyan kökü müxtəlif təbii turşular, qətran və efir yağları ilə zəngindir. Biyan kökünün tərkibi karbohidratlarla zəngindir. Onun dadlı və qoxulu olmasına səbəb tərkibində olan efir yağlarıdır.
Faydalı və müalicəvi xüsusiyyətləri
Biyan kökünün tərkibi qlisirrizin turşusu ilə zəngindir. Bu turşunun tərkibi böyrəküstü vəzin kortizol hormonunun tərkibinə yaxındır. Turşu orqanizmə antiallergik, antimiukrob və iltihab əleyhinə təsir bağışlayır. Biyanın tərkibində olan salonin və qlisirrizin bəlğəmgətirici təsirə malikdir. Biyan kökündən öskürmə əleyhinə müxtəlif siroplar hazırlanır. Biyan kökü quru və yaş öskürəyi sağaldır, bronxit, vərəm, astma, laringit əlamətlərinin aradan qalxmasına səbəb olur. Uzun müddət siqaret çəkənlərdə meydana çıxan xırıltılı öskürəyi də biyan kökü vasitəsilə aradan qaldırmaq olur. Biyan kökündən hazırlanan siropları azyaşlı uşaqlara öskürək zamanı vermək mümkündür. Tərkibində şəkərin olmasına baxmayaraq biyan kökü şəkərli diabet xəstələrinə heç biz ziyan vermir. Mədənin yara və qastrit xəstəlikləri zamanı biyan kökündən hazırlanmış siropu içmək çox faydalıdır.
Onkoloji xəstəliklərin müalicəsi zamanı biyan kökündən istifadə eləmək xəstəliyin orqanizmə verdiyi zərərlərin miqdarını azaldır.
Onun siropu mədəaltı vəzin funksiyasını yaxşılaşdırır.
Öskürəyi sağaltmaq məqsədilə 15 qram üyüdülmüş biyan kökünü eyni miqdarda gülxətmi və andız kökü ilə qarışdırıb qaynar suda 7-8 saat dəmlədikdən sonra gündə 3 dəfə yarım stəkan içmək lazımdır. Kosmetologiyada biyan kökü dəmləməsindən problemli dəriyə qulluq etmək üçün istifadə edilir.
Biyan kökünün zərərli xüsusiyyətləri
Su-duz balansı pozulmuş adamlara böyrək xəstələrinə və təzyiqi yüksək olanlara biyan kökündən çox istifadə eləmək olmaz.
İki yaşına qədər uşaqlara da biyan kökündən istifadə eləmək olmaz. Hamiləlik zamanı və iki yaşına qədər olan uşaqlara biyan kökünü yanlız həkimin göstərişi ilə tətbiq etmək mümkündür.
Biyan kökü orqanizmdə kaliumun miqdarının azalmasına səbəb olur. Kaliumun çatışmazlığı isə əzələ zəifliyinə səbəb olur.
Miopatiya, kəskin böyrək xəstəliklərindən əziyyət çəkənlərin həkimin məsləhət olmadan biyan kökündən istifadə etmələri xəstəliyin əlamətlərini artıra bilir.
Orqanik.az