Kərəvizin faydaları

Kərəviz çətirkimilər fəsiləsinə aid olub, çoxillik bitki sayılır. Kərəvizin elmə 20-yə yaxın növü məlumdur. Kərəviz Antraktidadan başqa Yer kürəsinin hər bir bölgəsində yetişir. Onun kökü soyuğa davamlıdır və toxumları 3*C-də də yetişə bilir. Kərəvizin boyu 1 metrə qədər qalxa bilir və yetişməsinin ikinciilində çiçək açmağa başlayır. Kərəviz Avropa və Asiyada yabanı halda yetişə bilir. Qədim zamanlarda ondan masaların bəzədilməsi məqsədilə istifadə edilib. XVII əsrdən etibarən isə o qidalara əlavə olunub. Kərəviz Amerikaya XIX əsrdə gətirilib. İndi kərəvizin ən çox iki növündən (zoğlu və köklü) istifadə edilir. Kərəvizin yarpaqları bir az sərt və tünd yaşıl olur. Ondan kulinayiyada istifadə edilir. Kulinariyada kərəvizin toxumlarından da ədviyyat kimi istifadə olunur. Kərəviz toxumlarından alınan yağdan parfümeriya və farmakologiyada da istifadə edilir. Onun kökündən kərəviz duzu da alınır. Kərəviz duzunun tərkibi təbii natriumla zəngin olur və orqanizm tərəfindən yaxşı mənimsənilir. Kərəvizin kökü və yarpaqları aminturşular, asparaqin, tirozin, karotin, nikotin turşusu,mikroelementlər, efir yağları, bor, kalsium, xlor, yağ turşuları, folatlar, inozitol,dəmir, maqnium, marqanes, fosfor, kalium, selen, kükürd, sink, A, B1, B2, B3, B5, B6, C, E, K vitaminləri var. Kərəviz liflərlə də çox zəngindir. Kərəviz orqanizmin qocalmasını ləngidir. Bu onun tərkibində olan turşu və minerallarla dolu hüceyrələri səbəbindən baş verir. Kərəviz orqanizmə sakitləşdirici təsir edir, yorğunluğu aradan qaldırır. Ondan ən çox sinir xəstəlikləri zamanı istifadə etməkdə fayda var. Kərəvizin tərkibində olan efir yağları mədə şirəsinin axmasını sürətləndirir. O şəkərli diabet xəstələri üçün çox faydalıdır. Tərkibində olan kumarin miqren ağrılarından xilas olmağa yardım edir. Kərəviz artritdən və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır. Onun tərkibindəkilər oynaqlarda olan şişkinliyi aradan qaldırır və oynaq ağrılarının azalmasına səbəb olur. Kərəvizin sidik qovucu xüsusiyyəti böyrəklərdə və sidik kisəsində olan duzların xaric olunmasını sürətləndirir. Kərəviz qanda qlükozanın miqdarının azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Kərəviz orqanizmin tonusunu yüksəldir, onun fiziki qüvvəsini artırır.
Davamlı olaraq kərəviz yemək qanı təmizləməklə bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Onun qanı təmizləmək qabilıiyyətini artıqmaq üçün təsirini sürətləndirmək məqdəsilə kərəviz, zəncirotu və gicirtkən toxumununn şirəsini qarışdırıb içmək lazımdır.
Kərəviz toxumları sidik turşusunun miqdarının normallaşmasına səbəb olur. Bu səbəbdən də sidik kisəsinin sistit problemlərini, qara ciyər xəstəliklərinin əlamərlərinin azalmasına səbəb olur.
Kərəvizi ət maşınından keçirib suyunu sıxıb və eyni miqdarda ərinmiş kərə yağı ilə qarışdırdıqdan sonra yaraları, iltihabi prosesləri və yanıqları sağaltmaq mümkündür.
Kərəvizdən davamlı istifadə etməklə cinsi fəaliyyəti də yüksəltmək mümkündür. Bu məqsədlə farmakologiyada kərəviz tərkibli dərmanlar hazırlanır.
Kərəvizin zərərli xüsussiyyətləri
Hamiləlik zamanı çox kərəviz yemək məsləhət deyil. Çünki onun tərkibində uşaqlıq əzələsinin sıxılmasına səbəb olan maddələr var. Bu maddələr isə uşaqsalmaya səbəb ola bilir. Qastritdən və mədə turşuluğunun çoxluğundan əziyyət çəkənlərə də kərəviz yeyərkən diqqətli olmaq məsləhət görülür. Varikoz genəlməsi, tromboflebiti olan xəstələr və uşaqəmizdirən analara da kərəvizdən çox istifadə etmək tövsiyə olunmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.