Çin təbabəti üsulları ilə boynunuzdakı xırçıltılardan xilas olun!

Boyundakı xırçıltılar əksər adamların problemidir. Bu əlamət insanlarda diskopmfort hissi yaradır. Onurğanın boyun hissəsindəki problemlər hər 2 adamdan birində müşahidə edilir. Bu problemlərə isə ən çox saatlarla kompyuter qarşısında oturan adamlarda, başını aşağı əyib işləyənlərdə, osteoxondrozdan şikayət edən adamlarda müşahidə edilir.

Boyun hissədəki xırçıltılar və patoloji əlamətlər onurğanın problemlərindən hesab edilir. Buna görə də boyun patologiyaları boyunda və başda ağrılara, qan dövranının pozulmalarına, nadir hallarda isə huşun itməsinə səbəb olur.
Boyunda əmələ gələn problemlərdən xilas olmaq üçün isə bəzi idman hərəkətləri ilə məşğul olmağınız kifayətdir. Hərəkətləri yerinə yetirərkən ehtiyatlı olmaq lazımdır. Sərt hərəkətlərə yol vermək olmaz.
1. Stulda oturun və belinizi dik tutun. Dərindən nəfəs alın və əllərinizi alınınza qoyun. Dirsəklərinizi bir-birinə yaxınlaşdırın və uzaqlaşdırın. Bu zaman başınızı arxaya doğru əyməyin. Nəfəsinizi 5-7 saniyə saxaladıqdan sonra buraxın. 10 saniyə rahat oturun və yenidən bu hərəkəti 5-10 dəfə təkrarlayın.
2. Dərindən nəfəs alın və barmaqlarınızın ucunu boynunuzun ardında birləşdirin. Çalışın 5-7 saniyə ərzində nəfəsinizi saxlayın və bu müddətdə həmin nahiyəyə barmaqlarınızın ucu ilə təzyiq edin.
3. 3-5 dəfə başınız qabağa və arxaya doğru hərəkət etdirin. 10 saniyə dayandıqdan sonra boynunuzu sola və sağa doğru hərəkət etdirin.
4. Dərindən nəfəs alaraq boynunuzu yavaş-yavaş dairəvi hərəkətlərlə idman etdirin. Çalışın sərt hərəkətlərə yol verməyin.
5. Əlinizi boynunuzun ardına qoyun və başınızı sinənizə doğru əyin. Aşağıya doğru baxaraq boynunuzu yüngülcə aşağı doğru əyərək qabağa-arxaya doğru hərəkət etdirin.
6. Boynunuzu sola doğru əyin və dərindən nəfəs alın. Boynunuzu bu vəziyyətdə saxlamağa çalışın. Sonra bu hərəkəti sağ tərəfədə edin.
7. Başınızı arxaya doğru əyin və bu vəziyytdə bir-neçə saniyə saxlayın.
8. Sağ əlinizi qaldıraraq sol gicgahınıza qoyun. Sol əlinizi isə sol çiyninizə toxunduraraq boynuinuzu sağ doğru əyirsiniz. Bu hərəkəti 10-20 dəfə edin.
9. Başınızı geriyə doğru əyin və asta hərəkətlərlə sağa-sola doğru çevirin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.