Kərəviz təbiətin insanlara bəxş etdiyi az kalorili və çox müalicəvi təsirə malik bitkilərindən biridir. Kərəviz orqanizmdə olan zərərli radikal maddələrə qarşı mübarizə aparan antioksidant təsirə malik bitkidir. Kərəviz tərkibində olan A vitamini sayəsində dərinin yaşlanmasının qarşısını alır. Onun tərkibində olan E vitamini isə dərinin nəmliyini normallaşdırır. Kərəvizin tərkibində Omeqa 6 yağ turşusu var. Omeqa 6 isə dərinin parlaq və estetik göstərir. Kərəvizin tərkibində olan selen, protein və fosfor kimi maddələr dərini qidalandırır.
Kərəviz yetkinlik yaşlarında gənclərin dəri problemlərini həll etməyə qadirdir. O dərinin yağlılığını azaldır və sızanaqların sağalmasında yardımçı olur.
Mütəxəssisilər kərəviz suyu vasitəsilə üzdəki akne xəstəliyinin də sağalmasının mümkünlüyünü söyləyirlər. Uzun müddət müxtəlif kosmetik vasitələrdən istifadə edib dəridəki qara nöqtələri sağalda bilməyən bir çox kosmetoloqlar təbii vasitələrə əl atdıqda kərəviz suyuna üz tuturlar. Belə ki, gün ərzində bir-necə dəfə təzə sıxılmış kərəviz suyu ilə dəri silindikdə bir müddət sonra qara nöqtələr aradan qalxır.
Dərisində sızanaqları olanlar nanə yağı və çay ağacı yağnın üzərinə kərəviz suyu əlavə edərək hazırlanan qarışımla gündə 2 dəfə üzlərini silsələr, sızanaqların sürətlə sağaldığını görəcəklər. Bu müalicə üçün hazırlanan qarışımı 2 gündən bir təzələmək lazımdır.
Uzun müddət gün ərzində bol kərəviz yeyən adam bir müddət sonra dərisindəki yağlılıq probleminin də həll edildiyini görəcək. Belə ki, bu zaman dərinin yağlılığı azalacaq, nəmliyi isə artacaq.
Orqanik.az