Çində yoluxmanın artmasının ölkəmiz üçün təhlükəsi var?

Son günlər Çində rekord sayda koronavirusa yoluxmalar baş verir. Son sutkada Çində koronavirusa 23 107 yoluxma faktə qeydə alınıb.

Məsəslə ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, Çində yoluxmanın artmasının ölkəmiz üçün heç bir qorxusu yoxdur.

“Çində koronavirusa yoluxmanın artmasının əsas səbəbi kütləvi immunitetin formalaşmamasıdır. İlk dövrlər koronavirus Çində yayılarkən onlar qapanmaya getdi. Buna görə də ölkə əhalisinin çoxu yoluxmadı. Bu səbəbdən orda xəstəliyə yoluxanların sayının artması təbiidir. Hazırda Çində yayılan virusun “Omicron” variantıdır.

Azərbaycanda isə demək olar ki, hər bir insan virusa yoluxub və ya peyvənd olunub. Bütün bunlar insanlarımızda virusa qarşı kollektiv immunitetin yaranmasına xidmət etdi. Bu səbəbdən ölkəmizdə yoluxmada artım gözlənilmir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 715 təşkil edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.