Terapevt Lyudmila Lapa meteohəssas insanların hava dəyişiklikləri və atmosfer təzyiqinin aşağı düşməsinə necə uyğunlaşa biləcəyilə bağlı fikirlərini bölüşüb.
Orqanik.az oxu.az-a istinadən bildirir ki, o, son zamanlarda xüsusilə gənc yaşda olan hava şəraitinə həssas insanların çoxaldığını bildirib.
Həkim qeyd edib ki, hava şəraiti baş ağrısı, halsızlıq kimi şikayətlərə səbəb ola bilər. Odur ki, bütün simptomlara diqqət yetirmək və təzyiqə nəzarət etmək lazımdır.
“Təzyiq aşağıdırsa, hər şey çox sadədir: Biz çox şirin bir çay içirik, əhvalımızı yaxşılaşdırırıq və sakitcə gözləyirik. Təzyiq yüksəkdirsə, adətən baş ağrıları müşahidə olunur. Belə halda bədəninizi çox yormamağa və gərgin idmanla məşğul olmamağa çalışın”, – deyə terapevt qedy edib.
O, həmçinin vurğulayıb ki, həkimin məsləhətilə hava şəraitinə tez uyğunlaşmaq üçün adaptogen təsir göstərən və təzyiq dəyişiklikləri ilə əlaqəli bütün hallardan “sağ çıxmağa” imkan verən dərmanlar qəbul etmək olar.
Orqanik.az