Alimentar distrofiya ac qalma səbəbindən orqanizmin xəstələnməsidir. Belə ki, uzun müddət qida qəbulundan imtina etməklə orqanizmdə suyun, zülalların, karbohidratların tamamilə azalması səbəbidən əmələ gələn bu xəstəlik sürətlə arıqlamaqla özünü biruzə verir.
Müasir dövrümüzdə kasıb və geridə qalmış ölkələrin əhalisinin çoxu qida çatışmazlığı üzündən bu xəstəlikdən əziyyət çəkir. Hal -hazırda dünyada 500 milyon adam az və keyfiyyətsiz qidalarla qidalanır. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsində ölən 3 adamdan biri aclıqdan və ya onun törətdiyi xəstəliklərdən ölür.
Xəstəliyin əmələ gəlmə səbəbi aşağı kalorili qida qəbuludur. Tərkibində enerji dədyəri 40%-dən aşağı olan qidalarla qidalanmaq bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbidir. Normal yaşamaq üçün hər bir kəs gündə ən az zülal (10-20 mq) və karbohidrat qəbul eləməlidir. Bunlardan başqa qida rasionunda B1, B2, B3, A və C vitaminləri də olmalıdır.
Aclıq zamanı bu vitaminlərlə yanaşı orqanizmdə su və duz çatışmazlığı əmələ gəlir ki, bu da öz növbəsində maddələr mübadiləsini pozur və toxumalarda patologiyaların əmələ gəlməsinə səbəb olur. Uzun müddət qida qəbulundan imtina etmək mədə-bağırsaq infeksiyalarının inkişaf etməsinə şərait yaradır, nevrogen mənşəli anoreksiya əmələ gəlir və nəticədə kaxeksiya inkişaf edir.
Xəstəliyin 3 ağırlıq dərəcəsi var:
1. Xəstəliyin yüngül formasıdır.
2. Xəstəliyin hipovitaminozlarla müşayət edilən formasıdır.Bu zaman stomatit,ocaqlı pnevmoniya, ağciyər xəstəliklri əmələ gələ bilir.
3. Alimentar distrofiyanın ən ağır forması. Bu zaman ürək çatışmazlığı əlamətləri, C vitamini çatışmazlığı səbəbindən əmələ gələn xəstəliklər, qinqivit, dizenteriya baş verir.
Sadalanan xəstəliklərin əlamətləri aclığa başlayandan 3-4 həftə sonra meydana çıxmağa başalayır və 2-3 ayda tam kaxeksiya əmələ gəlir.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Alimentar distrofiya zamanı ac qalan adamda ürək damar xəstəliklri ilə bərabər, endokrin sistemdə, beynində geridönməz patoloji poroseslər əmələ gəlir. Həmin xəstə müalicə olunsa da elə onda “aclıq psixologiyası” adlı psixoloji patologiya iz qoyur.
Xəstəliyin müalicəsində rejimə və xəstəyə qulluğa diqqətlə yanaşmaq lazımdır. Bu cür xəstələr izolyasiya edilmiş palatada yatdırılır. Yeməkləri az-az və duru halda yedizdirilir və zülallı, karbohidratlı olması təmin olunur. Alimentar distrofiyalı xəstələrdə ağciyər və bağırsaq infeksiyaları olduğuna görə onlara antibiotik və vitamin müalicəsi təyin edilir.
Orqanik.az