Civə zəhərlənmələri müxtəlif peşə sahiblərində, civə buxarları ilə zəhərlənmələr zamanı baş verir. Belə ki, bir çox sənaye sahələrində və laboratoriyalarda civədən geniş istifdadə edilir. Bu da həmin sahədə işləyənlər arasında zəhərlənmələrə səbəb ola bilir. Civə ilə ağır zəhərlənmələr nadir hallarda baş verir. Əksər hallarda zəhərlənmə intoksikasiya əlamətləri ilə özünü göstərir. Civə intoksikasiyaları xroniki təsir etdiyi zaman mərkəzi sinir sistemi ilə yanaşı periferik sinir sistemi də zədələnir. Bu zaman xəstələrdə polinevropatiya əlamətləri meydana çıxır ki, bu da aşağıdakılarla özünü biruzə verir:
– hissiyyat pozulmaları
– paresteziyalar
– hipesteziya
– anesteziya
– hərəki pozulmalar.
Civə buxarları ilə xroniki zəhərlənmələrdə əlamətlərin inkişafı mərhələlərlə baş verir. İlkin mərhələdə astenonevrotik və endokrin-vegetativ pozulmalar inkişaf edir, sonra arıqlama, kəskin əsmə, orqanik əlamətlər toplusu prosesə qoşulur. Zəhərlənmə əlamətləri daha dərin olduqda toksik ensefalopatiya sindromu meydana çıxır.
Xroniki civə zəhərlənmləri zamanı xəstələrdə qinqvit, stomatit, dispeptik pozulmalar baş verir.
Civə zəhərlənməsinin diaqnozu qanda civənin miqdarının yüksək olması və sidikdə aşkar edilməsinə əsaslanaraq qoyulur.
Orqanik.az