Tanınmış aparıcı-bloqer Azər Qərib ölkəyə qayıdanlardan koronavirus testi tələbinə narazılığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.
“Novruz bayramı günlərində ölkə xaricinə axın var idi, hava limanı gedənlərlə dolu idi. On minlərlə insan tətili digər ölkədə keçirməyə yollanırdı, Allah hamıya bu imkanı versin, amma sözüm onda yox.
Minimal bir rəqəm götürək, məsələn, 10 min insan. Oralarda testin ortalama qiyməti isə 50 dollardır. 10 min adamı vuraq 50 dollara, olur 500.000 dollar.
Yəni cəmi bir həftə ərzində Vətənlərinə dönən Azərbaycan vətəndaşları qayıtmayan investisiya qoyub gəldilər, daha doğrusu, havaya sovurdular pullarını.
500.000 dollar… Hələ mən minimal hesablama apardım.
500.000 dollar uçdu getdi artıq heç kimə lazım olmayan, mənasız testlərə. Daha doğrusu, xarici səhiyyə sisteminin dəstəklənməsinə.
Bu tələbi ləğv etməyin vaxtı çatmayıb, artıq keçib vaxtı…”, – o qeyd edib.
Orqanik.az