D vitamini çatışmazlığının əlamətləri

Həkim Yekaterina Terentyeva D vitamini çatışmazlığının nəyə səbəb ola biləcəyini izah edib.

Orqanik.az publika.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, avitaminoz (insan orqanizmində bir və ya bir neçə vitaminin olmaması) və hipovitaminozu (bir qədər vitamin çatışmazlığı) ayırmaq lazımdır. 

“Balanssız qidalanma və ya aclıq avitaminoz yaradır, bu isə mədə-bağırsaq xəstəlikləri və uzunmüddətli stressə yol açır. Hipovitaminozun inkişafına isə həyatın sıx ritmi, hazır qəlyanaltılar və ya quru yemək səbəb ola bilər. Günəş işığının olmaması səbəbindən ortaya çıxan D vitamini çatışmazlığının əlamətləri zəiflik, iştahanın azalması, əhvalın dəyişməsi, sümük ağrıları, sümüklərin kövrəkliyi, əzələ zəifliyi, tez-tez yoluxucu xəstəliklərə yoluxmadır. Uşaqlardakı əlamətlərə isə əsəbilik, inkişaf ləngiməsi (gec yeriməyə başlayır), iştahanın azalması, dişlərin gec çıxması, diş minasının patologiyası daxildir. 

Narahatedici simptomlar varsa, həkimə baş çəkmək vacibdir. Xəstənin hansı testlərdən keçəcəyini mütəxəssis müəyyənləşdirir. Vitaminlərin terapevtik dozaları yalnız göstəriş olduqda həkim tərəfindən təyin edilə bilər”, – Terentyeva vurğulayıb. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.