Bəzi vitaminlər var ki, onların norma həddinin aşılması insan üçün öldürücü ola bilər.
Bunlara xüsusən D və B vitaminləri aiddir.
Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, B qrup vitamininin orqanizmdə çoxluğu sinir sistemini toksiki zədələyir, bu da periferik neyropatiyaya- hissiyyat itkisi əmələ gətirir.
Bu zaman qıcolma, əzələ zəifliyi, hərəkətlərdə çətinlik başlayır.
Çox xəstələr bunun vitamin çoxluğundan olduğunu anlamır.
Eləcə də B qrup vitaminlər sidik sistemi, həzm sistemi və qan dövranını da poza bilir.
Ona görə də venadaxili B qrup köçürəndə, vitamin qrupları alanda həkimlə dozanı məsləhətləşin və vitaminləri fasilələrlə için.
Orqanik.az