Proteinouriya zülalın sidik vasitəsilə orqanizmdən xaric olmasıdır.Bu zaman orqanizm üçün lazım olan zülal böyrəklərdən süzülmür,sidiyə qarışır və xaric olur.Sidiyin ümumi analizində zülalın miqdarının 0,03 mq-dan artıq olması proteinouriya hesab edilir.
Proteinouriyanın baş verməsinə bir çox xəstəliklər səbəb ola bilir,amma,əsasən böyrək xəstəlikləri zamanı orqanizmdən daha çox zülal xaric olur.Zülalın orqanizmdən xaric olunmasına səbəb olan böyrək xəstəlikləri bunlardır:
– böyrəklərin müxtəlif toksiki maddələrlə zədələnmələri(dərman preparatları,ağır metal duzları,bitki zəhərlənmələri,narkotiklər,nikotin və s.)
– qlomerulonefrit
– pielonefrit
– böyrəklərin polikistozu
– nefrit
– böyrəkdaşı xəstəliyi
Orqanizmdən zülalın xaric olunmasına səbəb olan digər xəstəliklər
– amiladoz
– durğunluğa səbəb olan ürək çatışmazlığı
– hipertoniya
– şəkərli diabet
– hamiləlik
– qırmızı qurdeşənəyi xəstəliyi
Bəzi hallarda heç bir xəstəlik olmadan da sidikdə zülal ola bilir.Bu adətən 65 yaşdan yuxarı adamlarda müşahidə edilir.
Sidikdə zülal aşkarlanan zaman mütləq həkimə müraciət etmək lazımdır.Amma, proteinouriya zamanı bəzi qaydalara əməl eləmək lazımdır.Bu qaydalar aşağıdakılardır:
– arterial təzyiqi normada saxlamaq
– çəkini normaya salmaq
– şəkər xəstəliyi zamanı qanda şəkərin miqdarını normada saxlamaq
– vaxtaşırı sidikdə zülalın miqdarını yoxlatmaq
Orqanizmdən sidiyin xaric olunmasına başqa xroniki proseslər də səbəb ola bilir.
Bu səbəblərə görə proteinouriyanın aşağıdakı növlərə ayırırlar:
– alimentar proteinuriya(zülallı qida qəbulundan sonra baş verir)
– mərkəzləşmiş(epilepsiya tutmalarından sonra baş verir)
– emosional(psixoloji streslərdən sonra baş verir)
Bəzi hallarda proteinouriya həyat üçün təhlükəli ola bilir.Bunun baş verməməsi üçün sidiyin ümumi analizində zülal göründüyü zaman həkimə müraciət etmək lazımdır.Sidikdə həddindən çox zülal olduqda xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
-yüksək arterial təzyiq
-qısamüddətli huşun itməsi
-nəfəsalmada çətinlik
-sidiyəçıxma zamanı çətinliklər
Uzun müddət sidikdə zülalın olması böyrək çatışmazlığına səbəb olur.
Orqanik.az