Bildiyiniz kimi, bütün ölkələr ölümcül olan Corona virusu səbəbiylə narahatlıq içərisindədir. Getdikcə ölü sayı artır və virus yayılmağa davam edir. Elm adamları da bu virusu həll etməyə və qorunmağın yollarını tapmağa çalışırlar. Evdar.az son günlərin ən çox müzakirə mövzusu olan koronavirusdan qorunmağın yollarını təqdim edir
1.Sağlamlığınız üçün ev şəraitində hazırlanan təbii qatıq yeyin.
Qatığın hazırlanma qaydasını buradan oxuya bilərsiniz.
2.Bədəninizi gücləndirib bəzi viruslarla döyüşməsi üçün bəkməz-limon qarışığı için.
Bu möhtəşəm qarışığın hazırlanma qaydası və faydaları haqqında məqalədən oxuyun.
3.Xəstəliklərə qarşı qoruyucu qalxan olan sarımsaq, güclü bir antibiotik mənbəyi sayəsində bir çox xəstəliyin simptomlarını yüngülləşdirməyə köməkçi olur.
Güclü antibiotik qaynağı olan sarımsağın faydaları haqqında məqalədən oxuyun.
4.Ev şəraitində bol vitaminli və faydalı şorbalar hazırlayıb içə bilərsiniz.
Şəfa dolu şorbaların reseptlərini məqalədən oxuyun.
5.Duzlu Su
Şübhəsiz ki, ən təsirli tədbir, əsr əvvəlində olduğu kimi bu gün də “duzlu su”dur. Duzlu su ilə gündə 7-8 dəfə ağız, burun və boğaz qarqarası edərək koronavirusdan qoruna bilərsiniz. Bir stəkan suya bir və ya bir yarım çay qaşığı duz əlavə edib qarışdırın. Daha sonra 3-4 saatdan bir ağız, burun və boğazı qarqara edin.
Virusdan qorunmaq üçün bunlara riayət edin:
- Əllərinizi tez-tez sabunla yuyun.
- Mümkünsə, hər axşam işdən evə gəldikdən sonra duş qəbul edin və bədəninizi, saçınızı təmizləyin.
- Tez-tez evinizi, iş yerinizi havalandırın.
- Evinizi təmiz və gigiyenik saxlamaq üçün tədbirlərinizi bir qat daha artırın.
- Pəhrizinizə ara verərək saxlayın ki, immunitetiniz düşməsin.