Mətbəxi Parıldatmaq Üçün Dəyərli Məsləhətlər

Mətbəxinizi tərtəmiz etmək üçün, gül qoxulu bir mətbəxə sahib olmaq üçün təqdim etdiyimiz məsləhətləri tətbiq edə bilərsiniz. Evdar.az mətbəxinizin parıldaması üçün dəyərli məsləhətləri sizinlə bölüşür.

  • Çaydanın içində yığılan əhəng qalıqlarını təmizləmək üçün içərisində 15 dəqiqə sirkə qaynada bilərsiniz. Yeni alınmış kimi parıldadığını görəcəksiniz.
  • Tez-tez sabunlu suyla sildiyiniz mətbəx kafelləriniz zaman keçdikdə matlaşıbsa bu təklifimiz sizin üçündür! Ayda iki dəfə içərisinə az miqdarda sirkə əlavə etdiyiniz qaynar suyla sildikdə kafelləriniz əvvəlki parlaqlığına qovuşduğunu görəcəksiniz.
  • Taxta şkaflarınızı təmizləyərkən mütləq taxtalar üçün xüsusi təmizləyici seçin. Bu ləkəsiz parlaqlığa nail olmaq üçün yeganə formuldur.
  • Limon qabıqlarını günəşli bir yerə qoyub qurutsanız yaxşı bir təmizləmə vasitəsinə sahib olarsınız. Hisli və yağlı mətbəx əşyalarınızı bu qabıqlarla ovarak təmizləyib parlada bilərsiniz.
  • Yuyucuyla yuduğunuz yağlı şüşələrin içərisini sodalı su ilə beş dəqiqə çalxalayın. Daha sonra içinə qəhvə telvesi əlavə edib çalxalamağa davam edin. Qısa bir müddət sonra yağlı şüşələriniz tərtəmiz olacaq.
  • Blenderləri təmizləmək düşündüyünüz qədər çətin deyil. Yarısına qədər ilıq su doldurun və işlədin. Bu asan təmizləmək üsulu bütün ləkələri çıxaracaq.
  • Su şüşələrinin dibində zaman keçdikcə yosun yaranır. Bunu yox etmək üçün şüşələrinizə qəzet parçaları atıb su ilə doldurun. Bir neçə saat sonra çalxalayın və qəzet parçalarını içindən çıxarın. Yuyucu suyla yuduqdan sonra su şüşələriniz parlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.