Ev Şəraitində Keçibuynuzu Bəkməzi

Qədim dövrlərdən bəri soyuqdəymə kimi xəstəlikləri müalicə etmək üçün istifadə olunan keçibuynuzu bəkməzini artıq evdə asanlıqla hazırlaya bilərsiniz. Bəs keçibuynuzu bəkməzi necə hazırlanır? Evdar.az ev şəraitində keçibuynuzu bəkməzinin hazırlanma qaydasını təqdim edir.

Keçinin buynuzuna bənzədilən, 7-dən 70- ə hər kəsin mütləq istifadə etməli olduğu, eyni zamanda mütəxəssislərin də tövsiyə etdiyi bir qidadır. Keçibuynuzundan hazırlanan məhsullar arasında ən çox istifadə edilən keçibuynuzu bəkməzidir. Hazırlanması olduqca uzun və çətin olduğu üçün qızıl dəyərində qiyməti olan keçibuynuzu bəkməzinin möhtəşəm bir qan əmələ gətirmə xüsusiyyəti var. Dərhal öskürəyi kəsir və bəlğəmgətirici xüsusiyyəti ilə uşaqlar üçün çox faydalıdır. İstehsalı çətin olduğu üçün hazır alınan keçibuynuzu bəkməzi əslində evdə edildikdə daha çox fayda verir. Keçibuynuzu bəkməzi südün 3 misli qədər kalsium ehtiva edən qida dəyəri çox yüksək bir ləzzətdir. A, B, B2, B6, D və E vitaminləri ilə zəngin olan keçibuynuzu bəkməzinin hazırlanma qaydasını sizinlə bölüşürük..

Keçibuynuzu Bəkməzinin Hazırlanma Qaydası:

Keçibuynuzu bəkməzinin hazırlanması bir çox mərhələdən ibarətdir. Bunlardan birincisi keçibuynuzu çəkic və s. bir alətlə əzməkdir. İkinci mərhələdə əzilmiş keçibuynuzu miqdarına görə bir qaba və ya bir qazana töküb və üzərini keçənə qədər su ilə doldurun.

Bir-iki gün su içində keçibuynuzlarını saxlayın. Bu iki günün sonunda, üçüncü mərhələyə gəldikdə, isladılmış keçibuynuzunu bir tənzifə qoyub və güclü bir şəkildə sıxıb suyunu ayırın.

Bu mərhələdən sonra keçibuynuzu suyunu bir qazana töküb və zəif ocaqda qaynadın. Bu suyu təxminən 7-8 saat ocağın dərəcəsini daim nəzarətdə saxlayaraq və qarışdıraraq qaynadın. Yeddi-səkkiz saat qarışdırdıqdan sonra əldə edilən keçibuynuzu bəkməzini soyuması üçün kənara qoyun. Soyuduqdan sonra bankalara və ya uyğun saxlama qablarına tökün.

Öskürəyi Kəsən Möhtəşəm Qarışığın reseptiylə buradan tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.